Siyasət

Şad xəbər-Türkiyə ordusu Qarabağda hər şeyi dəyişəcək

“Türkiyənin Qarabağa gəlməsi, Rusiya ilə birlikdə sülhü təmin etməsi region üçün çox mühüm bir haldır”.Bu sözləri Redaktor.az-a politoloq Fikrət Sadıqov Türkiyənin Qarabağa sülhməramlı missiyası ilə gəlməsinin regiona təsiri haqqında danışarkən deyib. O, Türkiyənin gəlməsi ilə regionda bir çox müsbət tərəfə dəyişikliklərin olacağını bildirib:

“Türkiyə nüfuzlu, dünyada söz sahibi olan bir ölkədir. Əlbəttə ki, qardaş ölkənin Qarabağa gəlməsi, burada Rusiya ilə sülhə nəzarət etməsi müsbət haldır. Həmçinin, Türkiyənin Qarabağda olması ümumilikdə region üçün önəmli bir məsələdir. Bildiyimiz kimi, əvvəllər regionda təkcə Rusiyanın sözü keçirdisə, artıq Türkiyədə burada söz sahibi olacaq, regionun inkişafında müəyyən addımlar atacaq. Deyə bilərəm ki, Azərbaycanın qələbəsi və Türkiyənin Qarabağa gəlməsi ilə regionda bir çox mühüm dəyişikliklər olacaq”.

Politoloq Türkiyənin Azərbaycana dəstəyindən də danışıb:

“Türkiyə Azərbaycan üçün həm siyasi, həm də hərbi baxımdan çox önəmli bir ölkədir. Türkiyənin Azərbayacanla yaxınlığı, rəsmi Anakaranın Dağlıq Qarabağla bağlı mövqeyi Rusiyanın bu münaqişəyə açıq şəkildə müdaxilə etməsinin qarşısını aldı. Bu dəstək müharibənin bitməsinə, qalan ərazilərin sülh yolu qaytarılmasında önəmli rol oynadı. Əlbəttə, işğalda olan ərazilərin çox hissəsini Ali Baş Komandan İlham Əliyevin nəzarəti altında Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı ilə azad edilib. Bizim hərbi və siyasi gücümüz kifayət qədər çoxdur. Bu, heç kimə sirr deyil. Amma müharibə vəziyyətində güclü dövlətlərin dəstəyi çox önəmlidir. Qardaş ölkə Türkiyə açıq şəkildə Azərbaycanın haqlı davasına dəstək oldu. Əlbəttə ki, bu dəstək bizim qələbə qazanmağımızda önəmli rol oynadı”.

Analoq.az

Daha çox
Back to top button
Close