Manşet

Putinin əsas planı!!!!

Dəfələrlə qeyd olunmuşdu ki, Rusiyanın Qarabağ müharibəsində gözləmə mövqeyi tutmasının arxasında ciddi bir məqsəd gizlənir…
Nə üçün müdaxilə olmadı və rəsmi Kreml Azərbaycana kifayət qədər şərait yaratdı? Əlbəttə, Rusiyanın belə asan güzəştə getməsini düşünmək sadəlövhlük olardı və artıq Putinin niyyətinin içi üzü görsənməyə başlayır…
Ermənistan ərazisinin idarəçiliyi qeyri-şərtsiz Rusiyaya məxsus olsa da, Qərbin təsiri də az deyil.
Məhz elə Qərbə xidmət edən hazırkı erməni iqtidarının Rusiyaya itaətsizliyinə qarşı tədbir görülməli idi. Praktiki yolla sübut olundu ki, Paşinyanın Rusiyadan üz döndərməsi, onun ən böyük siyasi səhvi idi. Ermənistan hakimiyyətini cəzalandıran Rusiyanın özü elə Ermənistanın köməyinə gəldi. Paşinyan başa düşdü ki, axır-əvvəl dönüş yeri elə Rusiyadır və arxayın olduğu qüvvələrdən haray yoxdur.
Münaqişənin sonda sülh yolu ilə Azərbaycanın lehinə həll olunmasında əsas tərəf kimi çıxış etdi və sülhməramlıların əraziyə cəlb olunmasına nail oldu. Bu onu deməyə əsas verir ki, Qarabağ probleminin həllində təkcə münaqişə tərəfləri deyil, Rusiyanın özünün də xüsusi maraqları var və regionda əsas söz sahibi elə Rusiyadır. Əslində, Qarabağın Azərbaycana qaytarılması ilə Rusiyanın mövqeyi sülhməramlılar vasitəsilə daha da möhkəmləndi və sülhün təmin olunması üçün tam rəsmi qaydada qoşunlarını Qarabağa saldı.
Həmsədr ölkələrinin oyundan kənarlaşdırılması planın əsas hissəsi idi. Müharibənin başlaması ilə ATƏT’in Minsk qrupu öz əhəmiyyətini itirdi və heç bir müdaxilə edə bilmədi. Fransanın əsassız bəyənatları isə özünü doğrultmadı. Rusiya yenə sübut elədi ki, Ermənistanın idarəçiliyinə və xarici siyasətinə heç bir qüvvə nəzarət edə bilməz.
Əvvəldən axıra qədər Azərbaycanı dəstəkləyən Türkiyə isə mövcud vəziyyətlə razılaşdı. Əsas məqsəd Qarabağın alınması idi və Türkiyə bilavasitə Azərbaycanın timsalında buna nail oldu. O cümlədən, Rusiya ilə bərabər Türk qüvvələrinin də Qarabağda yer alması, ərazidə ortaq fəaliyyətin göstəricisi kimi xarakterizə olunur.
Nəyə görə Azərbaycan-Naxçıvan yolunun Ermənistan ərazisindən bərpa olunmasına Putin razı oldu? (Bu yol əslində, Azərbaycanla Türkiyənin quru yolla nəqliyyat-komunikasiya sisteminin bərpasıdır)
1) Qarşılığında Dağlıq Qarabağla Ermənistan arasında dəhliz vasitəsilə əlaqə kəsilmədi;
2) Artıq siyasi şəraitin dəyişməsi yeni zərurətləri meydana çıxarır. Düşünmək olar ki, Rusiya – Azərbaycan – Türkiyə İttifaqı reallaşdırılır.
Putin son bəyanatında da qeyd etdi ki, 10 noyabr müqaviləsinin icrasının gecikdirilməsinin alternativi müharibədir. Tərəflərə xatırladır ki, nəzarət məndədir və mane olmağa cəhd göstərməsinlər. Sülhməramlıların yaxın 5 il ərzində (müqavilənin şərtinə əsasən) Azərbaycan ərazisindən çıxması qeyri-realdır. Artıq hər şey çılpaqlığı ilə göz qabağındadır. Müharibədən öz payını götürən – Rusiya, Potensial üstünlük qazanan və öz tarixi ərazi bütövlüyünü bərpa edən – Azərbaycan (timsalında Türkiyə), Məğlub tərəflər isə Ermənistan Fransa və digər separatizmə dəstək verən qüvvələr….
Ancaq, Türk qoşunlarının mövcudluğu Rusiyanın bölgədə tam hakimliyinə mane olacaq!
Bundan sonra baş verəcək hadisələrin ehtimalını isə belə vermək olar:
Təhlilin mətnindən aydın olur ki, Rusiya Türkiyə ilə strateji müttəfiqliyinin gücləndirilməsinə dair addım atmış oldu. Hər iki tərəf başa düşür ki, Qərbə, ələlxüsus, ABŞ-a qarşı birgə çıxış etmək ən optimal variantdır. Bunu şərtləndirən əsas amil isə Ağ Evin yeni rəhbəri olacaq, Biden’in həddən artıq anti-türk və anti-rus bəyanatlar səsləndirməsidir. Azərbaycanın, Rusiyanın və Türkiyənin regional maraqlarının üst-üstə düşməsi qarşılıqlı müttəfiqlik planlarının ilk cücərtiləridir.
Putinin bundan sonrakı məqsədi Qərbə qarşı mübarizə istiqamətinin dəyişdirilməsi ilə Cənubi Qafqazda müasir cəbhə açmaq və regionda öz üstünlüyünü möhkəmləndirməkdir……

Müəllif: Qarayev Fuad

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button