Gündəm

Milli Məclisin deputatları COVİD-19 virusuna yoluxublar!!

Noyabrın 24-də Milli Məclisin növbəti iclası keçiriləcək. Toplantıdan əvvəl ənənəvi olaraq deputatlar koronavirus testindən keçiriliblər. 
Analoq.az saytı xeyli sayda deputatın testlərinin pozitiv çıxdığı haqda məlumat yayıb.Həmçinin Tahir Kərimli və Azər Badamovun da virusa yoluxduğu bildirilib.
Məlumata əsasən koronavirusa yoluxan deputatların sayı 10-dan çoxdur. Adı çəkilənlərlə yanaşı deputatlar Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Nizami Səfərov və Rəşad Mahmudov da testləri pozitiv çıxanlar sırasındadır. Günün sonunda daha bir deputatın – Qənirə Paşayevanın da koronavirusa yoluxduğu məlum olub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button