Ölkə

Ölkə başçısı və xanımından ibrət dərsi-FOTO

Ali Baş Komandan,prezident İlham əliyev və birinci vətse-prezident Mehriban Əliyeva bu gün Ağdam Cümə məscidini ziyarət ediblər.

Ölkə başçısı və Mehriban Əliyevanın müqəddəs məscidimizə ayaqyalın daxil olmaları yüksək əxlaq,mental dəyərlərə sayğı və məmurlara nümunə olmağın bariz göstəricisidir.

Sosial şəbəkələrdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın, millət vəkili Könül Nurullayevanın imkansız ailənin evinə ayaqqabı ilə daxil olması sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb oldu.


Deputatın ofisindən verilən məlumatda əks olunan məlumatda bildirildi ki,Könül Nurullayeva haqqında bəzi saytlar qarayaxma kampaniyasına başlayıblar.

Ölkə başçısı çıxışlarında və hərəkətlərində hər dəfə məmurlara , məmur övladlarına mesajlar versə də nədənsə hələlik ibrət dərsində aşağı qiymət alanlar çoxdu.

Prezidentin və ölkənin birinci xanımının müqəddəs məscidə ayaqyalın daxil olması ümidvarıq ki, bir çoxlarına milli dəyərlərə hörmətlə yanaşmağı öyrətdi.

Tanrı Azərbaycanı qorusun!!!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button