Dünya

Araik Arutyunyan Rusiyaya niyə gedib?-ŞOK FAKTLAR

şğal altında olan Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan gizli şəkildə Rusiyaya səfər edib.Analoq.az xəbər verir ki, Yeniavaz.com-un yaydığı məlumata göər bu barədə informasiya Rusiyaya yaxınlığı ilə bilinən Ermənistanın aparıcı media orqanların olan “yerevantoday” portalında yer alıb.

Məlumatda bildirilir ki, Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın təklifi ilə Araik Arutyunyandan xilas olmaq və separatçıların “Təhlükəsizlik şurası”nın sabiq katibi Samvel Babayanı onun yerinə gətirmək istəyir.

İddia olunur ki, dünən Nikol Paşinyan təcili sürətdə Xankəndindən İrəvana çağırdığı Araik Arutyunyandan istefa etməsini istəyib. Lakin, Samvel Babayanın Rusiya ilə münasibətlərinin yaxşı olmadığını bilən Araik Arutyunyan Paşinyanın planına mane olmaq üçün Rusiyaya gedib. Bildirilir ki, noyabrın 25-dək Rusiyada qalacaq Araik AQrutyunyan burada özünə dəstək axtaracaq.

Onu da qeyd edək ki, Araik Arutyunyan Nikol Paşinyanla son görüşdən sonra “Facebook” sosial şəbəkəsində paylaşdığı yazıda Rusiya prezidenti Vladimir Putinə Qarabağda atəşkəsə səbəb olduğu üçün təşəkkür edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button