Dünya

Putindən yüksək gəlirli vətəndaşlarla bağlı QƏRAR

Rusiyada yüksək gəlirli vətəndaşlardan daha çox vergi alınacaq.

Analoq.az xəbər verir ki, bu barədə dövlət başçısı Vladimir Putin qanun imzalayıb.

Qanunun koronavirus pandemiyasının zərərləri ilə mübarizə çərçivəsində imzalandığı bildirilir.

Qeyd edək ki, V.Putin 2001-ci ildə bütün ölkə vətəndaşlarından bərabər səviyyədə vergi alınmasını ehtiva edən qanunu təsdiqləmişdi.

Hazırkı qanunun anonsu iyun ayında prezidentin xalqa müraciətində verilmişdi. Putin aylıq 5 milyon rubldan (65 min dollar) çox qazanc əldə edən vətəndaşların gəlir vergisinin 13 faizdən 15 faizə çıxarılmasını təklif etmişdi.

Qanuna əsasən, 1 yanvar 2021-ci ildən etibarən yüksək gəlirli Rusiya vətəndaşlarından 15% miqdarında gəlir vergisi alınacaq. Bununla dövlət büdcəsinə 2021-ci ildə 60, 2020-ci ildə 64, 2022-ci ildə isə 68,5 milyard rubl gəlir daxil olacaq. Əlavə gəlir ağır və nadir rast gəlinən xəstəliklər daşıyan uşaqların müalicəsi üçün istifadə ediləcək./publika.az/

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button