Siyasət

SON DƏQİQƏ-Ərdoğan və Putin Qarabağı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.
Yenicag.az xəbər verir ki, liderlər Qarabağda atəşkəsə nəzarət mərkəzinin qurulması məsələsini müzakirə ediblər.

Ərdoğan mərkəzin tezliklə fəaliyyətə başlaması ilə bağlı fikrini bildirib.

“Prezidentimiz Putinlə danışığın gedişatında Qarabağda böhranın və regionda sabitliyin həlli məsələsinin təminatı üçün qəbul edilmiş addımlar çərçivəsində Rusiya ilə birlikdə yaradılacaq monitorinq mərkəzinin mümkün qədər tez işə başlamasının zəruri olduğunu bildirib”, – xəbərdə deyilir.

Ərdoğan vurğulayıb ki, razılaşmanın reallaşdırması prosesində erməni tərəfi öz vəzifələrindən yayınmamalıdır.

Türkiyə və Rusiya prezidentləri eyni zamanda Liviyada, həmçinin Suriyada yaranmış mövcud vəziyyəti də müzakirə ediblər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button