Ölkə

Tanınmış jurnalist dünyasını dəyişdi -KAMİL MƏHƏRRƏMOĞLU

İtedadlı telejurnalist Kamil Məhərrəmli ötən gecə dünyasını dəyişib.

Uzun illərdir televiziya və radioda fəaliyyət göstərən Kamil Məhərrəmoğlu bu günlərdə səhhətiylə əlaqədar müalicə alırdı.

Səhhətində problemlər olsa da irəliləyişlərin olduğunu sosial şəbəkələrdə qeyd edən jurnalist haqqında bu gün keçmiş zamanda danışmaq hər birimiz üçün çətindir.

Azərbaycan Radiosunda “Həmsöhbət” verilişi ilə dinləyicilərin sevimlisinə çevrilən Kamil müəllimə Tanrıdan rəhmət diləyir,yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Ruhu şad olsun…

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button