Gündəm

Xocalı soyqırımının aktiv iştirakçısı erməni general-mayor Astvasatur Petrosyanın aqibəti..?

Ermənistan müdafiə nazirinin sabiq müavini, Birinci Qarabağ Müharibəsində aktiv iştirak etmiş və dinc əhalinin qətlində böyük “əməyi” olan general-mayor Astvasatur Petrosyan 67 yaşında ölüb. Analoq.az xəbər verir ki, bu barədə onun oğlu Sipan Petrosyan “Facebook” səhifəsində yazıb.

Ermənistan ordusunun İkinci Qarabağ müharibəsində darmadağın edilməsinə dözə bilməyən A.Petrosyanın ürəyi dayanıb.

Qeyd edək ki, A.Petrosyan “İntiharçı-qartallar birliyi” adlı ictimai təşkilatın yaradıcısı olub. Həmin təşkilatın üzvləri 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalında fəal iştirak edib

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button