Cəmiyyət

Bakı şəhər Baş Polis İdarəsinə rəis təyin edilib – ƏMR

Bakı şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.

Analoq.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub. Əkbər İsmayılov buna qədər Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi olub. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov bir müddət əvvəl vəzifəsindən azad edilərək, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button