Ölkə

Vüqar Əhməd diplomla təltif olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, yazıçı-publisist Vüqar Əhməd “Çimkent – MDB-nin mədəniyyət paytaxtı-2020” proqramının təsis etdiyi diplomla təltif olunub. Bu barədə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

“Çimkent – MDB-nin mədəniyyət paytaxtı-2020” proqramı çərçivəsində Qazaxıstanın Çimkənt şəhərində böyük qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş “Abay sözü” onlayn-oxuları keçirilib. Tədbirdə MDB və digər xarici ölkələrdən 253 nümayəndə canlı və onlayn olaraq iştirak edib. Azərbaycandan qatılan professor Vüqar Əhmədin onlayn-oxulardakı məruzəsi maraqla qarşılanıb və o diplomla təltif edilib.

Qeyd edək ki, Birliyin 2021-ci il Mədəniyyət Paytaxtının fəxri estafeti Düşənbə (Tacikistan Respublikası) şəhərinə təhvil verilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button