Cəmiyyət

Tikk-tokkk…tikk tokk: MÜ-HA-RI-BƏ!

Sosial şəbəkələr ictimai fikiri hara desən, necə desən fırladır. Birinin adından da bəlli olduğu kimi, nəbzdir: tik-tok… Zamanın, hadisələrin, reaksiyaların nəbzi…Və o nəbzi tutmaq üçün quranlar ən çox hansı ölkələrdə aktivdir və niyə onun da geniş şərhə ehtiyacı yoxdur. Tutulan nəbzə görə bizim barəmizdə və bizə münasibətin qərarları verilir.

Indi bütün sosial şəbəkələrin Azərbaycan siqmentində, müharibənin nəbzi döyünür. Şəhidlər, itkinlər, qaliblər, qazilər, faciələr, uğurlar, zarafatlar. Və orduya, dövlətə, xalqa, Qarabağın gələcəyinə təsir edə biləcək videoyazılar…

Müharibədə hər şey olur. Hətta normal insan kimi ağlımıza gəlməyən şeylər belə, olur. Odur ki, ölkədə Tik-tok deyilən şəbəkə, bir qrup “media” resursunun fəaliyyəti ciddi nəzarətə götürülməlidir. Yəni kic bu istiqamətdə müvafiq dövlət qurumları bir iş görsün nəhayət ki.

Xeyli video yazı var ki, əsirləri və onlarla hirsli davranışı göstərir. Bəlli deyil, bəlkə də düşmən təşkilatçılığı ilə çəkulir, amma yayan qzərbaycanlılardır. Hər iki halda düşmən duzağıdırsa və ya real görüntüdürsə tirajlamaq olmaz. Ikinci halda ümumiyyətlə, olmaz. Hətta bu cinayət tərkibi sayıla bilər.

Niyə?

Bizim də ermənilərdə əsirlərimiz var. Odur ki, insaf edin. Barı əsirlərimizə verilə biləcək işgəncələri düşünün. O ağrıları siz yaşamırsınız, onlar yaşayır. Amma o ağrıları siz yaşadırsınız bəlli görüntüləri yayıb, ermənini qıcıqlandırmaqla. Axı biz bir əsirə edilə biləcək erməni vəhşiliyini, birinci Qarabağ savaşında görmüşük.

Ən vacibi əsgərlərimizə komandirlər ciddi tapşırıq versin, sosial şəbəkələrdən uzaq dursunlar. Hərbi formalarında minnət dolu, müxtəlif müzakirələr aça biləcək statuslar paylaşmasınlar.

Qardaşlar, dünyada elə bir dövlət və ordu yoxdur ki, əsgəri döyüşün otrasında tik-toka status qoysuz. Bunu orduda nizamsızlıq kimi üzümüzə vuracaqlar. Və o əsgərləri haradasa yaşayan, Azərbaycan ordusuna cəlb olunan “nayomnik” kimi təqdim etməyə başlayıb artıq ermənilər.

Ey şair millət, nəhayət ki, siyasətçi ol. Yoxsa, dünyada ağlınıza gələn, nə qədər bizim var olmamızdan narazılar var, bir gün ayılıb, hamısının sülhməramlısını Qarabağda görəcəksiniz. Siyasət, dağbəyi Məmməd əminin lovğa-lovğa, vuraram, yıxaram, deməsi deyil, bu ciddi işdir. Qarşınıza elə oyun çıxar ki, Qarabağın q-sından da məhrum qalarsınız, qalarıq. Qalib dövlət və xalq olmaq ağıl, cəsarət, əzm tələb edir. Emosiya, primitivliyi qəbul etmir. Biz hərblə qələbə çaldıq çox zəif, iddiası bacarığından nəhəng olan xeyli insanımız var. Onlar maariflənməsə o qələbəyə mütləq yazıq olacaq, mütləq…

Jalə Mütəllimova

29.11.2020.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button