Manşet

145 Azərbaycanlı: bizi rusa verməyin siz öldürün!

Siyasi Şərhçi Elman Vəliyev yazır;

“Çox maraqlı, həmçinin də mühüm bir tarixi hadisədən bəhs edəcəm(bəlkə də, çoxunuz bilirsiz

“Boraltan körpüsü və ya Boraltan faciəsi”

İl 1945 SSRİ- Stalin dönəmi. Repressiyalar dönəmi.

Azərbaycandan 145 nəfər sərhədi keçək, qardaşlarımızın yanına -Türkiyəyə gedək demişlər. Və səhrədi keçib bir sınır əsgər məntəqəsinə gəlmişlər. Stalinin bundan xəbəri olur və Türkiyə iqtidarına həmin şəxslərin geri verilməsini tələb edir.

O vaxtı da İqtidarda CHP-li Ismət İnönü və adamı Şükrü Saracoğlu idi. Stalinin bu tələbindən sonra rəsmi Ankaradan qərar gəlir həmin məntəqənin rəisinə ki, həmin şəxsləri geri qaytarsın. Rəis bir məktuba baxır, bir əsgərlərə baxır , bir qardaş dediyi həmin şəxslərə baxır. Çarəsiz həmin şəxsləri səhrədə, Rus hərbiçilərinə təhvil vermək üçün gətirirlər.

Bu Azərbaycanlılar duraraq Türk əsgərlərinə bir-iki söz deyir; biz sizi kardeş bilib gəldik, və əminik ki, sizə əmr böyük yerdən gəlib siz də çarəsizsiz, amma bizi gavurların əlinə verib onların əli ilə öldürtdürməyin elə burdaca siz öldürün.

Amma çarəsizdilər. Məcbur təslim etdilər. Və həmin şəxslər rus hərbiçiləri tərəfindən öldürüldülər. Bundan sonra həmin məntəqənin rəisi dözə bilməyib özünü öldürdü..

CHP Türkiyənin üz qarasıdı. Avropanın, Amerikanın qurumudur. Biden də hakimiyyətə gələrsə Türkiyə iqtidarının müxalifət dəstək verərək çıxacağını bildirmişdi. Müxalif dediyi də ipoteka uşaqlarını”..

Müəllif: Siyasi Şərhçi Elman Vəliyev 

Analoq.az 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button