Ölkə

İcra başçısının şəhid dəfnindəki çıxışı və şəhid anasının sözünü kəsməsi nəyə lazım idi?-VİDEO

Nəsimi rayonun icra başçısı Asif Əsgərov şəhidin dəfninə qatılıb.Fəryad edən ananın sözünü kəsərək 90-cı illərdəki Azərbaycan iqtidarının pisləyən icra başçısının belə çıxışına ehtiyac yox idi.

Prezident bu haqda siyasi məqam olduğu üçün çıxış etmişdi. Amma dəfn mərasimində acısı olan insanlara təsəlli verməkdənsə, Prezidentin gözünə girmək üçün çıxış lüzumsuzdur.

İcra başçısına sual vermək lazımdır ki, 1ci Qarabağ müharibəsində harda vuruşdunuz və yaxud ikinci Qarabağ müharibəsində övladlarınızdan, yaxınlarınızdan kimlər vuruşdu,şəhid ailələrinə nə kimi yardım etdiniz?

Qeyd edək ki,populist çıxışları ilə iqtidar yanlısı olmaq üçün vətən uğrunda can verən şəhidimizin dəfn günü uyğun bir məqam deyildi.

Görünür bəzi icra başçıları,məmurlar ölkə başçısının məmurlar haqda tapşırıqlarından nəticə çıxartmaq əvəzinə əksinə əhalini bu həssas məqamda qıcıqlandırmağa cəhd edirlər.

Beşinci kalonun nümayəndəsi olmaqlarını fürsət düşdükcə təzahür etdirənlər təəssüf ki, hələ də vətən anlayışını dərk edə bilmir.

Həssaz dönəmdə,əhalinin siyasi,milli birliyi olduğu məqamda icra başçısının şəhid dəfnində siyasi çıxışını yalnız və yalnız təxribat kimi qiymətləndirmək olar.

Əmin olmaq istərdik ki, müharibə məsələsi tam başa çatandan sonra belə icra başçıları haqda ciddi ölçü götürüləcək və xalqın iradəsinə , istəyinə cavab verən məmurlar vəzifələrə təyin olunacaq.

Tanrı Azərbaycanı qorusun!!!
Vüqar
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button