Dünya

AZAL Bakı-Almatı aviareyslərini ləğv edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir. Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.

AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.

Qeyd edək ki, Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button