Şikayət

Ata Abdullayev qanunsuz sayğaclarla bağlı çəkiliş etdi

Tanınmış video blogger Ata Abdullayev Binəqədi rayonu ,DSK yolu,10-cu dairə adlanan ərazidə qaz sayğaclarında olan bəzi qanunsuzluqlarla bağlı bir neçə gün öncə çəkiliş etmişdi. Bu gün səhər saatlarında yenidən adıçəkilən ərazidə olub təkrar çəkiliş aparıb.Qeyd edək ki, çəkiliş zamanı ərazidə Azəriqaz əməkdaşları da iştirak edib.

“Azəriqaz” İB mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Analoq.az-a yaranan problemlə bağlı açıqlama verib.

O qeyd edib ki, Ata Abdullayeva qanunsuz quraşdırılan sayğacları ictimailəşdirdiyinə görə təşəkkür edirik.Əməkdaşlarımız da çəkiliş zamanı ərazidə olacaq və günün sonlarında bu barədə dəqiq məlumatımız olacaq.

Ehtimal var ki, sayğacların bəzisi digər ərazilərdən, Yasamal və digər rayonlardan sökülüb deyilən ərazidə quraşdırılıb.Nizami rayonu NZS qəsəbəsində də bəzi işbazların bu cür qanunsuzluqları üzə çıxmışdı.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button