Dünya

Mövlut Çavuşoğlu ABŞ-ın dövlət katibi Mayk Pompeonun ittihamına adekvat cavab verdi!

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən telekonfransında ABŞ-ın dövlət katibi Mayk Pompeo bölgədəki vəziyyətlə bağlı müzakirələrdə Türkiyəyə qarşı ittihamlar səsləndirib.

Pompeo Ankaranı Aralıq dənizindəki müttəfiqləri ilə gərginliyi artırmaqda və Rusiyadan havadan müdafiə sistemi almaqda günahlandırıb.

Mövlud Çavuşuğludan Pompeoya sərt reaksiya verdi:

“Avropalı müttəfiqlərə zəng edib Türkiyə əleyhinə cəbhə yaradırsınız. Regional münaqişələrdə kor-koranə Yunanıstanın tərəfini tutursunuz və Türkiyəyə hava hücumundan müdafiə sistemlərini satmaqdan imtina edirsiniz. Üstəlik, Suriyadakı terrorist qruplaşmaları dəstəkləyirsiniz”, – deyə Çavuşoğlu ölkəsinin Rusiyadan S-400 hava sistemlərini almasının səbəbini izah edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button