Ədəbiyyat

ALİ BAŞ KOMANDANIM!- VÜQAR ƏHMƏDİN ŞEİRLƏRİ

ALİ BAŞ KOMANDANIM!

Zəfərlərin səs salır bütün dünya, cahana,

Səni əmanət etdik, biz Allaha, Qurana,

Böyük qardas deyirsən sən abin Ərdoğana,

Sevir Azərbaycanım- Ali Baş Komandanım!

Düz 30 il səbirlə biz qələbə gözlədik,

Kim deyər ki, həsrətdən, ayrılıqdan bezmədik,

Nəhayət ki, işğala sükür olsun dözmədik,

Sevir Azərbaycanım- Ali Baş Komandanım!

Zəfərləri eşitdik Başqan- sənin dilindən,

Milyon insan köçkündü obasından, elindən,

Millət ayrı düşmüşdü ” Xarı bülbül” gülündən,

Sevir Azərbaycanım – Ali Baş Komandanım!

Qara baxtlı Qarabağ göz yaşları tökürdü,

Vətənin bağrı qandı, bu nisgil dağ çəkirdi,

Düşmən Xocalıda aeroport da tikirdi ,

Sevir Azərbaycanım- Ali Baş Komandanım!

Tarixi vərəqlədim, uğurumuz az olub,

Həyatımız, ömrümüz qarlı- qışlı yaz olub,

Şuşaya həsrət qalan tar, kamanım, saz olub,

Sevir Azərbaycanım- Ali Baş Komandanım!

Vahid eyləsin Allah bu dərdli yurdumuzu ,

Çin eyləsin Tanrımız, ən böyük arzumuzu,

Allah qorusun Sizi, müzəffər ordumuzu,

Sevir Azərbaycanım- Ali Baş Komandanım!

QƏLƏBƏYƏ gedirik, yel kimi, cuma- cuma,

Komutan əmr verir:- Haydı keçin hücuma,

Əsgər aman verməyir, düşmən göz açıb-yuma,

Sevir Azərbaycanım- Ali Baş Komandanım!

Xalqım dua eyləyir İlham Heydər ogluna,

Millət qəlbən inanır, igid, rəhbər oğluna,

Artıq qəhrəman deyir, İLHAM adlı oğluna,

Sevir Azərbaycanım-Ali Baş Komandanım!

Səhidlərin ruhu da qələbəyə sevinir ,

Millətimin ürəyi, tam zəfərlə döyünür,

İndi dünya TÜRKLƏRİ Sizin ilə öyünür ,

Sevir Azərbaycanım-Ali Baş Komandanım!

Düşmən artıq can üstə, düşmənin verdiyi candır,

Bütün cahan bilir ki, Qarabağ Azərbaycandır!!!

Sayəndə Vətənimiz, qalib Azərbaycandır,

Sevir Azərbaycanım-Ali Baş Komandanım!

ŞƏHİD ANASI

Kandarda oturub bir qəmgin ana,

Göz yaşı tökürdü o yana-yana,

Oğlu şəhid olmuş, boyanmış qana,

Şuşanı qaytarmış Azərbaycana.

Pıçıltıyla öz-özünı deyirdi,

Mənim balam qonşu qızı sevirdi,

Xəyalən qonşuya elçi gedirdi,

İndi mən neyləyim, gedim hayana?

Vətən torpağını qucdu şəhidim,

Ruhun da göylərə uçdu şəhidim,

Başqa bir dünyaya köçdü şəhidim,

Laçını qaytaraydı Azərbaycana.

Ana birdən dedi: – Vətən sağ olsun,

Dünya içrə bu üzümüz ağ olsun,

Qarabağ gülüstan, Cənnət bağ olsun,

Cəbrayıl qayıtdı Azərbaycana.

Dedim: – Ana, sil gözünün yaşını,

İgid əsgər anasısan, ay Ana,

Ağdamda ver ehsanını, aşını,

Füzuli qayıtdı Azərbaycana.

Millət çəkməyəcək daha xəcalət,

Qonşular etmişdi bizə xəyanət,

Behiştdə eyləyir oğlun səyahət,

Kəlbəcər qayıtdı Azərbaycana.

Qəhrəman şəhidin sənsən anası,

Oğlun qəlbimizin içi, parası,

Şəhidlər Vətənin əziz balası,

Qubadlı qayıtdı Azərbaycana.

30 ildi aşağıydı başımız,

İllər gəldi, yaş üstünə yaşımız,

Tapdanmışdı neçə məzar daşımız,

Zəngilan qayıtdı Azərbaycana.

Şəhidlər ölməzdir, ruhları bizlə,

Ey şəhid qardaşım, bizi də gözlə,

Vəsf edə bilmirəm sizləri sözlə,

Xocalı qayıtdı Azərbaycana.

Xonçada qalsa da, şəkər-noğlu,

Oğlun TÜRK oğludur, o Azər oğlu,

İlhamla döyüşüb qəhrəman oğlu,

Xankəndi qayıtdı Azərbaycana.

Bütün xalq ruhuna edir hörməti,

Şəhidlər bu xalqın zəngin sərvəti,

Oğlun kövrəltsə də, Vüqar Əhmədi,

Qarabağ qayıtdı Azərbaycana.

ŞƏHİD GENERAL POLAD HƏŞİMOVUN XATİRƏSİNƏ (MƏRSİYƏ)

Şəhid oldu el uğrunda bir paşa,

Candan keçdi İlqar ilə o qoşa,

Behiştdəsən, ölməmisən! SƏN YAŞA!!!

Polad iradəli, ay Polad paşam.

Sənin ölümünə ellər ağlayır,

Çiçəklər ağlayır, güllər ağlayır,

Könüllər ağlayır, dillər ağlayır,

Polad iradəli, ay Polad paşam.

Öpürəm ananın yaşlı gözündən,

Balanın, – Ay Ata, deyən sözündən,

Öpürəm o məsum, nurlu üzündən,

Polad iradəli, ay Polad paşam.

Mehdinin, Həzinin yolunu tutdun,

Düşmənin sağını, solunu tutdun,

Sonda, qəhrəmanım, ölümü tutdun,

Polad iradəli, ay Polad paşam.

Gözündə dünyanın malı heç imiş,

Mübariz tək el – canının içiymiş,

Düşmənin də bic doğulan bic imiş,

Polad iradəli, ay Polad paşam.

İLHAMLA getmisən döyüşə, cəngə,

Murdar düşmənimiz heçdi, bir çəngə,

Paşam, bənzəyirdin şirə, pələngə,

Polad iradəli, ay Polad paşam.

Halal idin, hey çəkirdin zəhməti,

Əl tutardın əsgərlərə xəlvəti,

Gözü yaşlı qoydun Vüqar Əhmədi,

Polad iradəli, ay Polad paşam

QARABAĞ AZƏRBAYCANDIR!

Bilməm ömrün qışıdır, ya çiçəkli yazıdır,

Deyirlər ki, naşıdır, bu yazılan yazıdır.

Mən Rəbbimdən razıyam,

Görəsən o bəs necə,

Bəndəsindən razıdır?

Düşünürəm hər gecə.

İndi dünya pərişan, Dərddən yanıb alışan,

Vidalaşır tez çaşan, Yox dünyaya yaraşan.

Dünya bizdən,biz ondan, Bezirik aram-aram,

Itibdir halal-haram, hər şeyi allam necə.

Necə olacaq, necə? Nə fərqi, gündüz-gecə,

Yox oluruq beləcə, Bax beləcə, sadəcə.

Qayıtsa da Şuşamız, əsrdir Xan obamız,

Bitməyibdir qovğamız, Küsər Qarabağımız.

30 ildən sonra biz, Oğul olduq Vətənə,

Rədd dedik yol ötənə, daş atana daş atdıq,

Yetmədik hər yetənə.

Zəfər- ruhun qidası, Açıldı gör səması,

Qarabağın səfası, Şikəstənin sədası.

Güldü ellər, obalar,

Güldü nənə, babalar,

Tüstüləndi sobalar,

Çalındı şən havalar.

Cənnətə uçdu şəhid,

Mələklər buna şahid,

Nə kafirəm, nə zahid,

Fəqət, Rəbbi sevirəm.

Heç sevmədim sərvəti,

Rəbbə dedim xəlvəti,

Tanrım söylə cahana:-

Qarabağ Azərbaycandır!!!

İlhamla Ərdoğandır!!!


TORPAĞIMIZ ALINANDAN

Şəhidlərə aglayırdım,

Bir də gördüm yağış yağır,

Yağış Rəbbin göz yaşları,

Göydə Allah, yerdə də mən,

Səhidlərçin ağlayırdıq,

Ürəkləri dağlayırdıq,

Göz yaşımız selə döndü,

Bir günümüz ilə döndü,

Vətən indi gülə döndü,

Torpağımız alınandan.

And yerimiz Quran oldu,

Dərdlər bizi yoran oldu,

Vətən oğlu insan oldu,

Torpağımız alınandan.

Daha güllər solmayacaq,

Qəlbə qübar dolmayacaq,

Analar saç yolmayacaq,

Torpağımız alınandan.

Şəhid qanı varağımda,

Göz yaşları yanağımda,

Gəzdim İsa bulağında,

Torpağımız alınandan.

İlhamımız çoşub-daşır,

Bizə zəfər çox yaraşır,

Hamı Şuşadan danışır,

Torpağımız alınandan.

Qazilərə vardır hörmət,

Qazandılar şərəf, şöhrət,

Təbə gəlir Vüqar Əhməd,

Torpağımız alınandan.

ŞUŞAYA QAR YAĞIR, DƏSTƏMAZ ALIR

Şuşaya qar yağır, şəhər dümağdı,

Kafir ayağının silinir izi.

Düşməni qandırdıq – burda qonaqdı,

Şəhər qəribsəyib, səsləyir bizi.

Bu qarla dəstəmaz alır Şuşamız,

Allaha yetişir hər bir duamız,

Şəddi-şahnaz oxur o Xan babamız,

Dilində Vaqifin qoşması, sözü.

Küsmə Xankəndindən, gözəl Şuşamız,

Xocalı, Xankəndi etibarlıdır,

Əsgəran öz doğma, qədim obamız,

“Ağ ayı” irəli qoymayır bizi.

Xocalı Kərbəla, Məkkədir Şuşa,

Dünya bilir, vay o gündən Türk coşa,

Füzuli, Cəbrayıl-alındı qoşa,

Ağdam sevindirdi bu qəlbimizi.

Deyirdim bu dərdi mən kimə açım,

Alındı Qubadlı, Zəngilan, Laçın,

Kəlbəcərdə yatım, gözümü açım,

Allaha biz açaq əllərimizi.

Şuşa abdəst alır qar yağışından,

Şuşa qüsl eyləyir, Quran oxuyur,

Qarabağ çox şaddır bax, baxışından,

İlhamla-düşmənə meydan oxuyur.

Şuşa Aazərbaycan, Şuşa Qarabağ!

Göydən yağan maral gözlü qara bax.

Yağı düşmən, üzümə bax, bura bax!!!

Göydən, yerdən kəsdik nəfəsinizi.

Bu il bu ilk qardı Şuşaya yağan,

İyirmi dördündə gələcək bura,

İki Türk başqanı İlham, Ərdoğan,

Təntənə gələcək ellərimizə.

Qar bürüyüb hər çiçəyi, hər otu,

Əsgərlərim oynayırlar qartopu,

Deməyin ki, Vüqar yeyib dilotu,

Qarabağa hər gün deyir bir şeir,

Qarabağım, Azərbaycandır!!!-deyir.

AZƏRBAYCANLIYAM

Gözəl vətənimə, elə bağlıyam,
Mən Azər türküyəm, odlar oğluyam,
Bakılı, gəncəli, qarabağlıyam.
Xətai yurdunun mənəm aslanı,
Savalan dağıyam, dağa bağlıyam.
Yağı qarşısında nədən ağlayım?
Polad iradəli Mübarizəm mən,
Naxələf qonşuda etibar olmaz,
Çörək itirəndən, bizə dost olmaz.
Mən Turan elliyəm,mən türk oğluyam.
Hazıram savaşa, əlimdə silah,
Az qalıb düşməni gərək dağlıyam,
Göygölüm, Xəzərim, Kürüm, Arazım,
Abşeron, Qazaxım- qoşmam, qəzəlim.
Təbriz bayatımdır, Şuşa muğamım…
İstanbul, Naxçıvan – mənim dayağım.
Göyçə gölü həsrət- qəmli bulağım,
Tovuzda şəhid var, nəmdi yanağım.
Azərbaycan canım, sənə bağlıyam.
Bu gün nə sirvanlı, qaradağlıyam,
Lənkəran, şəkili, naxçıvanlıyam,
Bu gün fəqət həm də QARABAĞLIYAM.
Mən fəxr edirəm ki, AZƏRBAYCANLIYAM.

Əsgərə məktub

Mənim igid dostum, qəhrəman əsgər,
Yorğan – döşəyindi o soyuq səngər,
Düşmən qüvvətini bilməyir məgər?
Sənə məktub yazdım şeir sözümlə,
Gəlirik görüşə, bizi də gözlə.
Ümid Allahıma dualardadır,
Şuşada bülbüllər yuvalardadır,
İndi əsgər balam- haralardadır?
Sənə məktub yazdım şeir sözümlə,
Gəlirik görüşə , bizii də gözlə.
QARABAĞ sevinir , gözləri gülür,
Bu torpaq bizimdir, dünyalar bilir,
Sənin atışından min dığa ölür,
Sənə məktub yazdım, seir sözümlə,
Gəlirik görüşə, bizi də gözlə.
Füzuli , Cəbrayıl, Zəngilan bizdə,
Xocavənd, Qubadlı lap əlimizdə,
Kəlbəcərlə Lacın- zəfəri gözlə!
Sənə məktub yazdım, şeir sözümlə,
Gəlirik görüşə, bizi də gözlə.
Qüvvət biləyində, qüvvət qoldadır,
Ordumin gücündən düşmən dardadır,
Ağdamln, Şuşanln gözü yoldadır,
Sənə məktub yazdım şeir sözümlə,
Gəlirik görüşə, bizi də gözlə
Xocalının gözü intizardadır,
Deyir igid əsgər görən hardadır?
Qarabağ cənnətdir, ətri bal dadır,
Sənə şeir yazdım şeir sözümlə ,
Gəlirik görüşə, bizi də gözlə.
İLHAMLA gedirsən döyüşə, cəngə,
Döyüşdə dönürsən şirə, pələngə,
Düşmən köpəkoğlu gəlməyir təngə,
Sənə məktub yazdım şeir sözümlə,
Gəlirik görüşə, bizi də gözlə.
Bir gözümüz gülər, biri ağlayır,
Gəncə şəhidləri qəlbi dağlayır,
Xalqım ümidini sizə bağlayır,
Sənə məktub yazdım seir sözümlə,
Gəlirik görüşə , bizi də gözlə.
Bacoğlu Mətin də sıranızdadır,
Neçə- neçə igid aranızdadır,
Qəhrəmanlıq qanda , canınızdadır,
Sənə məktub yazdım şeir sözümlə,
Gəlirik görüşə, bizi də gözlə.
Allahım, əsgərlər sənə əmanət,
Neyləyək , qonşumuz edib xəyanət,
Sizə qurban olsun – bu Vüqar Əhməd,
Sənə məktub yazdım şeir sözümlə,
Gəlirik görüşə, bizi də gözlə.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button