Siyasət

Gündəmdə aktual olan Dağlıq Qarabağın statusu haqqında- ekspert şərhi!

Rusiya Dağlıq Qarabağın statusunun BMT qətnamələrinə dayandığını və Rusiyanın da bunu dəstəklədiyini bildirib.

Həmçinin Dağlıq Qarabağ Respublikası reallığı əks etdirmir, heç Ermənistan parlamenti bunun müstəqilliyini tanımır.

Qaldı ki, Dağlıq Qarabağda rus dili məsələsi. Rus dili asan dil olduğu üçün həm Ermənistan, həm də Azərbaycanda istifadə edilir, amma Dağlıq Qarabağda dil statusu qazanmayacaq!

Ermənistan iflic vəziyyətdədir hal-hazırda, çalışır ki, heç olmaya Dağlıq Qarabağda bir üstünlük qazana.Fransanın, və bəzi havadarların saman altından Ermənistana dəstəyi bu xəyalpərəstləri daha da qızışdırır.
Dağlıq Qarabağın müstəqilliyini tanıması heç də asan bir şey deyil. Beynəlxalq aləmdə bu imkansız dərəcədədir. Bunun kimi dünyada neçə ziddiyyətli arenalar var. Hər şey ölçülür-biçilir..

Bundan sonra Ermənistan parlamentində çəkişmələr olacaq, xalq onsuz üzərinə benzin tökülmüş alov kimidir. Bu vəziyyətdə Paşinyanın tək alternativi xalqı sakitləşdirməkdir( ki) o da əsirləri, meyitləri geri qaytara bilməsindədir. Xalq hal-hazırda bunu tələb edir. Xalqa iqtidar maraqlı deyil.

Fransa hökuməti parlamentin qərarını qəbul etməyib.
Mən bunu daha əvvəl də bildirmişdim. Parlamentdə güclü Erməni lobbiçiliyim təsiri var, həmçinin orda əyləşənlərin də erməni kökenli olmasını istisna etmirəm.

Amma hökumət anlayır ki, bu qərar ona fayda verməyəcək. Müsəlman aləminin təzyiqi ilə üzləşib onsuz, digər bir səhv addım hökuməti uçuruma sürükləyə bilər. Elza&Latoringiya məsələsi ortaya çıxacaqdı. Rusiya Fransadan bunun qarşılığında Kırımım Rusiya ərazisi kimi tanındığını deyib… Bu nüansları nəzərə aldıqda qərarın təkzibi aşkar gözlənilirdi.

Siyasi Şərhçi Elman Vəliyev

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button