Ölkə

İcra başçısı Alı Alıyev Qarabağ qazisini get-gələ salıb

Siyavuş Aslanov 1970-ci ildə Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı kəndində anadan olub. Qarabağda gedən döyüşlərə biganə qalmayaraq Siyavuş da müharibəyə gedib, könüllü şəkildə vuruşub. Döyüşlərin birində ağır yaralanıb və II qrup qarabağ əlilidir.

Ona Füzuli rayonunda yerləşən 2800 ha əkin üçün torpaq sahəsi ayrılıb ancaq 10 ildirki Fizuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Siyavuş Aslanovu get-gələ salıb və fərqli bəhanələr gətirərək söhbəti yayındırmağa çalışır. Siyavuş müəllim qarabağ əlili olduğunu və ailəsinin dolanışığı üçün torpaq sahəsinə ehtiyyacı olduğunu desədə işinə baxılmayıb.

Daha sonra İcra Başçısı Alı Alıyev Siyavuşu İcra nümayəndəsi Qasımov Rasimə yönləndirib o isə işin həllini rüşvətlə həll olacağını deyib. İcra başçısının son sözü isə “Gözüm aydın Qarabağda vuruşub Əlil olmusan!” olub.

Siyavuş bəyin oğlu hazırda hərbi xidmətdədir ailəsinin dolanışığı üçün əlillik pensiyasından başqa heçbir gəliri yoxdur.qaygii.wixsite.com

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button