Hadisə

İstanbulda partlayış- Ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Esenler rayonunda sənaye bölgəsində iş yerində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3-ü ağır olmaqla 5 nəfər yaralanıb. Məlumatı “TRTHaber” yayıb.

Məlumata görə, hadisə yerinə çox sayda polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım heyəti cəlb olunub.

Hadisəyə ilkin səbəb kimi oksigen balonunun partlaması göstərilir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button