Şikayət

Azyaşlı uşaq icra başçısından yardım istədi-” Adil əmi…”

Tanınmış video-blogger Ata Abdullayev Sabunçu rayonu Balaxanı qəsəbəsində ağır durumda yaşayan ailə ilə görüşüb, onların problemini işıqlandırıb. Dəmir vaqonda yaşayan aztəminatlı ailənin xanımı onkoloji xəstəlikdən əziyyət çəkir.

Ərazidə tikilən evlərin əksəriyyətində qazın verilişi təmin olunsa da, imkanı olmayan ailə dəmir vaqonda qazsız yaşamağa məcburdur.

Video vasitəsilə müraciət edən ailənin azyaşlı uşağı Sabunçu rayon icra başçısı Adil Vəliyevdən evlə təmin olunmaları üçün yardım istəyib.

İmkanı olan şəxslər 070-273-74-09 nömrəsi ilə əlaqə saxlayıb bu ailəyə yardım edə bilərlər.

Daha ətraflı videoda

Elman
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button