Qarabağ

Şuşada dastan yazan Şəhidimiz Şamil Babayev

Atəş Təminat qrupunun komandiri, kapitan Babayev Şamil Baloğlan oğlu sentyabr ayının 27-dən etibarən öz qrupu ilə döyüş-taktiki təlimlərinə cəlb edilmişdir. Füzuli istiqamətində döyüşərkən pusquya düşmüşlər. Orada pusquya düşsələr də, döyüşərək düşmən əsgərlərini məhv etmişlər. Nəticə olaraq, pusqudan çıxmışlar.
Sonra isə onlar Şuşa şəhərini azad etmək üçün oktyabr ayının 31-dən etibarən yola düşmüşlər. Beş gün, beş gecə ac və susuz yolları piyada qət edən komanda gizli meşə yolları ilə şəhərə çatmışdır. Və orada 400 Xüsusi Təyinatlı döyüşçülər ayrı-ayrı qruplara bölünərək Şuşa şəhərinə fərqli istiqamətlərdə daxil olublar. Kapitan Babayevin 18 nəfərlik  qrupu isə Daşaltından – Xocavənd istiqamətindən Şuşaya daxil olublar. Şuşaya daxil olduqdan sonra avtomatlarla 20 metrlik məsafədən erməni hərbiçiləri ilə döyüşüblər. Lakin düşmənin 3 minlik canlı qüvvə,xeyli sayda zirehli texnika və dronları da döyüşə cəlb edilmişdi.Noyabrın 5-dən 6-na keçən gecədə döyüşlər şiddətli davam etmişdir. Buna baxmayaraq cəsur XTQ-lər oradan erməniləri geri çəkilməyə məcbur etmişdir.
Azərbaycanın cəsur XTQ mənsubları “RPG-7” silahları ilə düşmənin tank və BMP-lərini məhv edib.
Noyabr ayının 7-də döyüş zamanı minamyotdan atılan bomba nəticəsində kapitan Babayev Şamil bel, qol və ayaq nahiyəsindən yaralanmışdır. Və beləcə o,yaralı halda döyüşə davam edib qrupundan da yaralı döyüşçülərini atəş sahəsindən çıxarmışdır. Şuşaya Azərbaycan bayrağı sancılmış, təkbirlər deyilmiş, azan oxunmuşdur.
Döyüşün sona çatacağı zaman erməni mənfurları yenidən hücuma keçib və yenidən minamyot atəşləri açılmışdır. Şəhadətindən əvvəl şəhidin bir arzusu bu idi və silahdaşına bunu söyləmişdir: “Şəhid olsam, üstümdə daşıdığım bayrağı məzarımda başımın altına qoyarsız”.
Noyabr ayının 8-i kapitan Babayev Şamil şəhadətinə qovuşmuşdur.
Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 1]

Back to top button