“Mənə koronovirusa yoluxmağı arzu edənlər və yazanlar gec-tez Allahın qəzəbinə düçar olacaqlar”-MİLLƏT VƏKİLİ
“Bu gün mən də koronovirusa görə tibbi yoxlamadan keçdim, nəticəsi hələ bəlli deyil. Yəqin ki, nəticəsi barədə sabah bizə məlumat veriləcək”.Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
Deputat deyib ki, onunla bərabər digər millət vəkilləri də Milli Məclisdən tibbi yoxlamadan keçiblər:
“İnşallah hər şey yaxşı olacaq. Nə qədər deyilənlərə çox əməl edilsə, bu xəstəlik də bir o qədər tez bitəcək”
E.Nəsirov sosial şəbəkələrdə ona koronovirusa yoluxmağı arzu edənlərə də cavab verib:
“Bunu arzu edənlər və yazanlar gec-tez Allahın qəzəbinə düçar olacaqlar. Həmin insanlar onsuz da bədbəxt günə düşüblər ki, bu cür mənasız fikirlər səsləndirirlər. Ümumiyyətlə, mən radikal müxalifətin nümayndələrinə belə koronovirusa yoluxmasını arzulamıram”.
Analoq.az