Ədəbiyyat

Yəqinim vardır ay ellər, şəhidlər ölməyib ölməz

Yəqinim vardır ay ellər, şəhidlər ölməyib ölməz .
Söyləsin ağızlar- dillər. şəhidlər ölməyib ölməz .

Gəlib Qur’anda ünvani, verilsin müjdə hərşəxsə ,
Bunlar əladilar yeksər, şəhidlər ölməyib ölməz .

Şahid Allah yanında bir məqamü mənzələt tapmiş ,
Böyük bir gəncü bir gövhər, şəhidlər ölməyib ölməz.

Şəhidlər göy məqaıin yerdə təmsil eyləyənlərdir ,
Bizə həm şah, həm sərvər şəhidlər, ölməyib ölməz .

Vətən eşqində can vermək yaraşmaz hər olan şəxsə ,
Seçilmişlərdir həm bərtər, şəhidlər ölməyib,ölməz

Ədalət, pak vicdan, hər zaman başı uca qalmış
Həqiqətdən gələr bavər, şəhidlər ölməyib ölməz .

Qəza varsa qədər vardır, qədər olsa qəza heçdir .
Şəhidlərim ay kimin ənvər, şəhidlər ölməyib ölməz .

Onlar sərvər, olar bərtər, olar gövhər, olar rəhbər,
Onlardır duşmənə xəncər, şəhidlər ölməyib ölməz .

Şəhidlərin adına can, bəzən edər qurban, olar torpaq,
Ona xatir olub pər- pər, şəhidlər ölməyib ölməz .

Şəhidlər güzgüdür ey Seyyidi SANİ ,
Deyib Allahu, peyğəmbər, şəhidlər ölməyib ölməz.

SEYİD Sani – Təbriz

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button