Ölkə

Əli Həsənovla şübhəli işbirliyində olan səfir niyə yola salındı?

Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Azərbaycana baş tutacaq səfəri ərəfəsində qardaş ölkənin Azərbaycandakı səfirinin dəyişdirilməsi diqqət çəkir.Sfera.az xatırladır ki, keçmiş səfir Erkan Özoralı bu postda Ahmet Demirok əvəzləyəcək.

Müstəqil ekspertlər isə Ərdoğanın səfərindən bir neçə saat öncə belə bir dəyişiklik edilməsini təsadüfi saymır. Çünki keçmiş səfir Erkan Özaralın adı Azərbaycan mətbuatında və sosial şəbəkələrdə Prezidentin sabiq köməkçisi Əli Həsənovla işbirliyində hallandırılırdı.

Qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri haqda bu cür iddiaların dolaşması isə şübhəsiz ki, arzuolunan deyildi. Odur ki, Erkan Özaralın əvəzlənməsi Azərbaycan ictimai rəyində müsbət qarşılanmışdır.

Xatırladaq ki, bir müddət öncə Əli Həsənovun müalicə məqsədilə Türkiyəyə getməsindən sonra tanınmış vəkil Aslan İsmayılov Erkan Özaralın onunla şübhəli işbirliyi haqda ilginc məlumatlar paylaşmışdı. Gəlin, Aslan İsmayılovun o zamankı açıqlamasına təkrar göz ataq:

“Əli Həsənovun bu basabasda Türkiyəyə getməsi barədə fikirlərimi sizinlə də bölüşürəm. Bu gedişi əsla onun xəstəliyi ilə əlaqələndirmirəm. Əgər olsa belə, axı illərdir Ə.Həsənovun xalqa üfürdüyü analoqu olmayan səhiyyəmiz, özünün müalicəsi üçün şəxsi klinikası var. Həmin “Xətai” Estetik Klinikası ki, 8 yaşlı ailənin tək övladı xırda əməliyyatdan sağ çıxmadı, sonra da bu cinayəti ört-basdır elədilər.

Hesab edirəm ki, bu səfərin köklərini, çoxlarına qəribə gəlsə də, onun Türkiyə səfiri Ərkan Özoralla çox yaxın münasibətlərində axtarmaq lazımdır. Özü də əminəm ki, bu münasibətlər sadəcə Ə.Həsənov səfir Ə.Özoral münasibətləri deyil. Bunun daha dərin olmasına şübhəm yoxdur.

Bunu aydınlaşdırmaq üçün ən azından Ərkan bəyin səfir olduğu müddətdə iştirak etdiyi tədbirlərə, görüşdüyü şəxslərə, paylaşdığı fotolara diqqət yetirmək kifayətdir.

Türkiyə kimi qüdrətli bir dövlətin səfiri sanki Ə.Həsənovun köməkçisi kimi davranırdı, onun bütün tədbirlərində, hətta ailə tədbirlərində belə iştirakını çox önəmli sayırdı”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button