Ölkə

İLHAM ƏLİYEV -“Azərbaycan tək deyil və Tükiyə hər zaman Azərbaycanın yanındadır”

Prezident: “Azərbaycan zabiti bir amalla vuruşurdu: tarixi ədalət zəfər çalsın”
“Vətən Müharibəsinin ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər paradında çıxışı zamanı bildirib.

“Mənim qardaşım demişdi ki, bu müharibədə Azərbaycan haqlıdır. Bildirmişdi ki, Azərbaycan tək deyil və Tükiyə hər zaman Azərbaycanın yanındadır. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

Birlikdə Zəfər paradında iştirak edərkən bir daha birliyimizi xalqlarımıza və dünyaya göstəririk”, – deyə Prezident qeyd edib.

İ.Əliyevin sözlərinə görə, 44 günlük Vətən Müharibəsində Azərbaycan qələbə qazanaraq, Ermənistanı məğlubiyyətə uğratdı:

“Bununla da işğala son qoyuldu. Bu 44 günün hər günü bizim şalı tariximizdir. Hər gün yeni şəhərlər, kəndlər, yüksəkliklər, qəsəbələr azad edildi. Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, haqsızlığıa son qoyulsun. Tarixi ədalət zəfər çalsın. Buna nail olduq”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button