Ölkə

Vidadi İsayev şəhid dəfninə gecikdi, “diz çök!” dedilər

Bərdənin Alpout kəndində şəhid Əhmədov Cavanşir Elxan oğlunun dəfn mərasimində qalmaqal yaşanıb. Reportyor.info-ya verilən məlumata görə, qalmaqala səbəb icra başçısı Vidadi İsayev olub.

Şəhidin yaxınları onun dəfn etmək istəyərkən Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri icra başçısının hələ gəlmədiyini deyərək buna mane olublar. Mərasim iştirakçıları Vidadi İsayevi gözləmək məcburiyyətində qalıblar.

Nəhayət, icra başçısı gəlib. İddialara görə, şəhidin yaxınları Vidadi İsayevə kəskin şəkildə iradlarını bildiriblər. Hətta onlardan birinin icra başçısından şəhidin nəşi qarşısında diz çökməyi tələb etdiyi bildirilir.

Məlumata görə icra hakimiyyətinin nümayəndələri icra başçısını şəhidin yaxınlarının əlindən güclə alıb. Vidadi İsayevin şəhid dəfninə gecikməsi birinci hal deyil. Bundan əvvəl də oxşar hal baş verib.

Ümumiyyətlə, müharibə başlayandan bu günə kimi bir neçə qalmaqallı olayla gündəmə gəlib. Bunlardan biri əsgər payının mənimsənilməsi ilə bağlıdır. Bu barədə mediada çoxsaylı materiallar dərc olunub.

Başqa bir qalmaqallı hadisə isə Vidadi İsayevin Azərbaycan və Türkiyə bayraqlarını sökərək zibilliyə atması ilə bağlıdır. Bu rəzaləti telefonların yaddaşına köçürüb sosial şəbəkədə paylaşanlar icra başçısını ittiham ediblər.analoq.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button