Ölkə

“Azərbaycan Ordusunda “Türkiyə modeli”nin tətbiqi üzrə böyük işlər görürük”

“Türkiyədə keçirilən “Saha Expo” sərgisi yüksək səviyyədə təşkil olunub”.

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Nazirin sözlərinə görə, son illərdə Türkiyənin müdafiə sənayesi sahəsində çox böyük irəliləyiş var.

“Bildiyiniz kimi, bizim Türkiyə Silahlı Qüvvələri ilə çox sıx əməkdaşlığımız var. Cənab Prezidentin tapşırığı ilə Ordumuzun Türkiyə Silahlı Qüvvələrinə uyğun qurulması istiqamətində irəliləyirik, böyük işlər görürük. Təbi ki, bu məsələdə silah təchizatı və ordunun ən müasir silahlarla təmin edilməsi vəzifəsi dayanır”, – nazir qeyd edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button