Siyasət

“Azərbaycan sərhədləri daxilində heç bir muxtar respublikadan söhbət gedə bilməz”-HƏRBİ EKSPERT

“Bakıda hamı imzalanmış müqavilələri son nöqtə kimi qəbul etmir. Bir müddətdən sonra bütün Qarabağın Azərbaycan torpağına çevrilməsini istəyəcəklər. Və bunun mütləq güc və silahlı qarşıdurma köməyi ilə əldə ediləcəyini düşünmürəm. Diplomatik seçimi tamamilə mümkün variant hesab edirəm. Erməni əhalisinin qalıqlarına gəldikdə isə, çox güman ki, Azərbaycan sərhədləri daxilində heç bir muxtar respublikadan söhbət gedə bilməz. Ehtimal edə biləcəkləri maksimum mədəni muxtariyyətidir”.Analoq.az xəbər verir ki, bu fikirləri rusiyalı hrəbi ekspert Yuri Lyamin Hadrutda baş verən son silahlı toqquşmanı “Moskovskiy komsomolets” qəzetinə şərh edərkən bildirib. Ekspert əlavə edib ki, “İtki ilə nəticələnən bu hadisə məni heç təəccübləndirmir. Bu, sonuncu olmayacaq. Axı bu məsələdə hər şey tam aydın deyil. Atəşkəs razılaşmasında Qarabağdakı silahlı birləşmələr haqqında ümumiyyətlə, heç bir şey deyilmədi. Erməni silahlı qüvvələri anlaşmadan sonra da Qarabağda qaldı və mövcudluğunu sürdürür”.konkret.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button