Araşdırma

COVİD-19.. Dəhşətli nəticələr bizi gözləyir..

2019-cu ilin dekabrından başlayan və ilkin ehtimallara görə təqribən müddətinin 2 il olduğu təxmin edilən COVİD19 epidemiyasının nə kimi dəyişiklik yaradacağına dair proqnozlar:
1) Tez-tez eşitdiyimiz və məişətimizə, gündəlik həyatımıza qeyri-adi termin kimi gələn “Yeni Dünya nizamı”..
Bu “Yeni dünya nizamı” nədir?
XX əsrin sonlarından başlayaraq, qloballaşmanın yeni mərhələsi start götürdü. O dövrdə liberalizmin kommunizm üzərində qələbəsi “Yeni dünyaya” zərurət yaratmışdı. Hərbi sənayeylə yanaşı yeni sosial imkanlar açan texnoloji yeniliklər gətirilmişdir. Bu dəfə ki, “Yeniliklər” hər şeyi köklü dəyişəcək və həyatımızın bütün sahələrinə yansıyacaq. “4-cü sənaye inqilabı” adlandırılan bu prosesə adaptasiya mərhələli şəkildə həyata keçirilir. Çünki, bunun bir başa tətbiqi mümkün deyil və hələ ki, insanların psixoloji hazırlığı davam etdirilir. 5G, robotlaşma, süni intellekt texnologiyaları kimi dəyişikliklər planın bir hissəsidir. Bu, uzun illər cəmiyyətdə formalaşmış stereotipləri aradan qaldıracaq və bəşəriyyət artıq “online” fəaliyyətə keçəcək. Və ən əsası “Rəqəmsal iqtisadiyyat”a keçid labüd olacaq…
Əslində bu dəyişikliklərin içindəyik, alt şüurumuza yeridilir, sadəcə fərqində deyilik.
2) Dünya iqtisadi balansının yenidən işlənib hazırlanması….
Dünya 2008-ci il “Maliyyə böhranı”ndan daha şiddətli enişlə üzləşdi. Biz II Dünya müharibəsindən sonra 80 ilin ən ciddi iqtisadi böhranı ilə üz-üzəyik. İqtisadi qrafikada yüngül və ağır sənayenin, istehsal resurslarının, turizmin, ölkələr arası ticarətin, ayrı-ayrılıqda ÜDM həcminin (-4.8%) azalan xətt ilə deqradasiyası çöküşə gətirib çıxarır ki, bu da işsizliyin qlobal problemə çevrilməsinə səbəb olur. Virusa qarşı Beynəlxalq layihələr, həll paketləri heç nəyə kömək etmir. Təxmini ziyan 10 trilyona yaxın miqdarda qiymətləndirilir. Ən çox zərər görən isə İnkişaf etmiş və inkişafda olan ölkələrdir. Ola bilər ki, yay aylarında müəyyən qədər yumşalma hiss olundu və canlanma yarandı. Lakin 2-ci dalğanın təsirləri lap təhlükəlidir. Əvvəlkindən fərqli olaraq, dövlətlər artıq daha uzun müddət özünütəcrid vəziyyətində qalacaq. Bu gedişat dünyanın siyasi mənzərəsinə də təsir göstərəcək. İdeal görünən beynalxalq təşkilatların əksəriyyəti öz əhəmiyyətini itirəcək. Güc balansında əsaslı dəyişikliklər olacaq. Dünyanın iqtisadi və siyasi mərkəzlərində yerdəyişmələr gözlənilir…
Xülasə, kimlərinsə əli ilə “Qlobal islahatlar” keçirilir və nəticə dövlətlər üçün heç də ürəkaçan olmayacaq!

3) Demoqrafik zərərlərinin qarşısını almaq…
Virusun ilk əvvəl yayıldığı zamanda “bu oyunun” insanların sayını azaltmağa və “Demoqrafik partlayışın” qarşısını almağa yönəlib desəydik, absurd və gülməli səslənərdi. O hal hardasa, indiki vəziyyətə də aiddir. Çünki, ümumilikdə ölənlərin sayı 1 700 000-ə yaxındır və bu da cəmi dünya əhalisinin 0.024%-i edir. Heç bir faizin yarısının yarısı da deyil…
Amma, reallıq budur ki, sırf məqsədlərdən biri də insanların sayında tənzimlənmə əldə etməkdir. Tam başqa bir yolla…
Bu necə olacaq?
Virusun şiddətlə artdığı bir dövrdə və heç bir dərman vasitəsinin kömək etmədiyi halda, “tarixi kəşf” adı altında hamımıza məlum olan “vaksin” ən alternativ variant olacaq. (Hansı ki, ABŞ-da artıq minlərlə insanın üzərində sınaqdan keçirilməyə hazırlıqlar görülür.) Əvvəl könüllü şəkildə bir müddət sonra isə məcburi….
Hamı başqa yolun olmadığını hiss edəcək və çarəni bu “vaksin”-də görəcək. Milyonlarla hətta milyardlarla insan bu sistemin əsgərinə çevriləcək. Hərəkətsizlik, texnologiyanın insanı idarə etməsi, təklənmə, cəmiyyətdən təcrid şəraiti bu proseslərin ilkin simptomları olacaq. Bu yolla insan psixologiyasının ələ alınması, rahatlaşacaq….
Bu əsaslara görə virusun çox zamanda bitəcəyini ehtimal edənlər yanılırlar. Hələ planın yerinə yetirilməmiş hissəsi qabaqdadır.
Ümumiyyətlə bəşəriyyətdə insan sayının çoxluğu qida qıtlığına, resursların çatışmazlığna gətirib, çıxarır ki, bunun özü əslində qlobal problemdi. Lakin, COVİD 19 epidemiyası bundan daha dəhşətlidir. Bu sadəcə “Görünməz əlin” bizə göstərdiyi qlobal manevrdir….
Nəticə: Heç bir tədbirlər planı bu durumdan xilas olmağa yardım göstərməyəcək. İnsanların, təşkilatların, dövlətlərin bundan qaçışı yoxdur. Hər bir inqilab şəraitinin yetişməsi üçün zərurət və xaos yaranmalıdır ki, bunun da şahidiyik….
Hər şeydən əlavə, CORONA (COVİD-19) VİRUSU həqiqətən, insan səhhətinə zərərlidir və ölümcüldür. Bizim payımıza düşən sadəcə gigiyenamızı qorumaq və maska-spirtdən istifadə etməkdir. Bu mübarizə yolu qalıb. Heç olmasa, özünüzü qoruyun……

Müəllif:  Siyasi fəal gənc Fuad Qarayev

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 4.5]

Back to top button