Siyasət

“Ermənilər güclü dövləti və güclü orduları olmadan belə problemi yoluna qoymaq istəyirlər”-KALAŞNİKOV

“Bəzilərimiz “ağ adamlar”ın və yaxud güc əldə etmək istəyən bəzi Ermənistan vətəndaşlarının hisslərinin girovlarına çevrilmişik. Gec-tez Azərbaycana aid ərazilərin qaytarılacağını açıq şəkildə inkar etmək axmaqlıq idi. Müharibə bu müqavilənin köməyi ilə dayandırıldı. İndi özlərini məğlub hesab edən ermənilər “bu problemi yoluna qoymaq” istəyirlər. Güclü dövləti və güclü orduları olmadan belə”.
KONKRET.az xəbər verir ki, bu fikirləri mediaya açıqlamasında Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiyaya inteqrasiya və həmyerlilərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov deyib. Komitə sədri əlavə edib ki: “Çoxları bizi bu və ya digər tərəfin yanında durmağa çağırır. Mən həmişə deyirəm, bunu niyə etməliyik? Bu sülhün əldə edilməsi üçün Rusiya siyasi, hərbi və humanitar baxımından müəyyən itkilərə getdi. Amma nə yazıq ki, nasist ermənilər bu humanizmə görə Rusiyaya minnətdar olmaq əvəzinə razılaşmaya yenidən baxılması üçün çağırışlar edirlər”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button