Ölkə

Kəlbəcərdə insan sümüyü və qadına məxsus geyim əşyaları aşkarlanıb

Kəlbəcər rayonu Zallar kəndi ərazisində insan skeletinin hissələrinə məxsus olan eroziyaya uğramış sümük, eləcə də qadına məxsusluğu ehtimal edilən geyim əşyalarının fraqmentləri aşkarlanıb.

Baş Prokurorluğun məlumatında bildirilir ki, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Aşkarlanan sümük və geyim əşyalarının Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalı zamanı əsir düşərək işgəncə ilə öldürülmüş şəxsə məxsus olması ehtimal edilir. Hazırda araşdırma davam etdirilir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button