Ölkə

İsrail Azərbaycanla yüksək texnologiyalar sahəsində əməkdaşlıqda böyük potensial görür – Səfir

İsrail yüksək texnologiyalar sahəsində Azərbaycanla əməkdaşlıqda böyük potensial görür.

Bunu Trend-ə İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

“Azərbaycan İnvestisiya Şirkəti ilə İsrailin aparıcı qlobal kraudfanding platforması olan “OurCrowd” şirkəti arasında imzalanmış investisiya sazişi bir ilkdir. İdeya ondan ibarətdir ki, Azərbaycan İsraildə yüksək texnologiya şirkətlərinə sərmayə yatıracaq və bu, Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək”, – deyə səfir bildirib.

Onun sözlərinə görə, Azərbaycan İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Şirkətinin təşəbbüsü ilə həyata keçirilən bu innovativ layihə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə və texnologiya şirkətlərinə investisiyaların stimullaşdırılmasına kömək edəcək.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button