Siyasət

“Əski Pambıq bez olmaz, Qarı düşmən dost olmaz”❗- Analiz

Hal-hazırda iki tip düşüncə ilə üzləşmişik.
1. Qələbə sevincini yaşayanlar.
2. Mövcud vəziyyətdən narahat olanlar.

Bu iki tip düşüncəni analitik formada izah etməyə çalışaq.

Qələbə sevinci ilə yaşayanlar müəyyən qədər siyasi arenadan uzaq insanlardı. Siyasi şüurla deyil də, daha çox milli şüurla baxırlar. Hər insanın siyasi görüşü olacaq deyə bir şey də yoxdu. Bəziləri pozitiv baxmağa çalışırlar. Əksəriyyəti doğma yurd-yuvasından ilərlə didərgin düşmüşlərdi. Qarabağda status-kvonun dəyişməsi, əlbəttə ki bu insanları sevindirdi və sevindirir də.

İkinci tip isə cərəyan edən proseslərə siyasi düşüncə formatında fikir bildirənlərdi. Mövcud vəziyyət bunları narahat edir. Rusiya sülhməramlılarının Qarabağda olması bə burda aktiv iştirakçılara çevrilməsi, Türkiyə hərbiçilərinin Qarabağa hələ də gəlməməsi, ermənilərin yenidən atəşkəsi pozması faktları beyinlərdə sual yaradaraq nigarançılığa səbəb olur.

Bunun üzərində dayanaq və proseslərə ümumi bir baxış yaradaq. Rusiya sülhməramlıların Qarabağda yerləşməsi uzun illər arzu edilənidi və ,nəhayət, buna çatdılar. Siyasətlə maraqlananlar yaxşı bilir ki, Rusiya münaqişə bölgələrinə sülhməramlı yerləşdirərək maraqlarını təmin etməyə çalışır. Ukrayna, Gürcüstan, Moldova buna baiz nümunədir. 

Qarabağda atəşkəs olmasına baxmayaraq son bir neçə gündə konflikt alovlanıb. Rusiyanın paylaşdıqları xəritələr, “Qondarma Dağlıq Qarabağ’ın” prezidenti ilə səmimi görüşlər, Xankəndiyə 40 min erməni ailəsi köçürülməsi kimi faktorlar vəziyyətin gərginləşməsini göstərir .

Türkiyə tərəfinin Ermənistan yanlış bir addım atarsa Azərbaycanla anlaşmaya əsasən Müdafiəni təmin edəcəyik- deməsi də bu faktora dəlalət verir. Bəli bu Müdafiə anlaşması mövcuddur və reallaşması da mümkündür. Türkiyənin hərbiçiləri Azərbaycanda öz yerini alıb.

Əlbəttə ki, Rusiya sülhməramlılarının yer almasına yön vermək müəyyən qədər yanlış bir addım ola bilər, amma hər şey üzdə görünən kimi deyil.Pərdə arxası fərqli mənzərədir. Daha əvvəl də demişdim,sizlər də yaxşı bilirsiz ki, Qarabağdakı konflik təkcə. Azərbaycan- Ermənistan arasında olan savaşı deyil. Cənubi Qafqazda Rusiyanın ağırlığı var. Amma son zamanlarda Türkiyənin də burda rol alması bəzi şeyləri kısıtladı. 

Rusiya yenə də “nə şiş yansın, nə kəbab” prinsipi ilə Qarabağda fəaliyyət göstərir. Üzdən əsas niyyətini gizləyib bəyanata əməl edildiyini bildirsə də, reallıq belə deyil.

Niyyətlərindən biri də yenidən konflikt yaradaraq ,güya, sülhü bərqərar edir adı altında əraziləri nəzarətə götürsün. Ermənilərə əl altından lazımı dəstəyi verir. 

Bəs bu durumda neyləmək olar?

Anlaşmaya əsasən Türkiyə ordusun Qarabağda yerləşməsini təmin etmək ,lazım olsa bazasını yaratmaq. Çünki artıq çox şeydən vaxt ötüb. Rusiya ordusunu Qarabağda yerləşdirib. Ermənilərə güvən olmaz, atəşkəsi yenidən pozmaları an məsələsidi. 

Onsuz Rusiyanın əl-qolu çoxda geniş deyil hal-hazırda. Gözlər üzərindədir. Qərb və ABŞ Rusiya sülhməramlıların Qarabağda yerləşməsini istəmirdi və hələ də bunu etiraz edir . Qarabağın Azərbaycan ərazisi kimi tanındığı bir anda Rusiyaya yaxşı bir oyun oynamaq olar. Düzdü deyəcəksiz ki, Rus qoca qurddur, onunla nə oyun.Amma qocalar da tələyə düşə bilər.
Ehtimal edirəm ki, Türkiyə və Azərbaycan tərəfi plana görə hərəkət edirlər. Yəni bir bildikləri var hər halda!

Siyasi Şərhçi Elman Vəliyev

Analoq.az 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button