Cəmiyyət

Millət vəkili yeni kampaniya start verdi-“Elə ailə var ki, qapısı döyülməyib”

Milli Cəbhə Partiyasının sədri,millət vəkili Razi Nurullayev “Facebook” sosial şəbəkəsində vətən savaşında şəhid olan, sağlamlığını itirən qazilərə, döyüşlərdə iştirak edən əsgər ailələrinə yardım etmək,onları diqqətdə saxlamaq üçün uğurlu bir kampaniyaya start verdi.

Analoq.az millət vəkilinin təşəbbüskarı olduğu kampaniyanı oxucuların diqqətinə təqdim edirik:

Bir kampaniya başladaq. Dünyada 40 milyon azərbaycanlı var. Hər birimiz bir şəhid ailəsinə, bir qaziyə, bir yaralıya, bir döyüşə əsgər göndərən ailəyə baş çəkək, yardım edək və paylaşaq. Marafonu bir-birimizə ötürək. Bir nəfər belə qalmasın. Elə ailə var ki, qapısı döyülməyib.

Borcumuzu verməyə gedək! Xahiş edirəm gözləməyin! Elə bu gündən başlayaq. Mətbuat orqanlarından dəstək gözləyirəm. Geniş paylaşaq və hər kəsə çatdıraq.

Bu həştəqdən istifadə edək. #BorcumuVermeyeGeldim

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button