Cəmiyyət

Tanınmış jurnalist Xoşqədəm Hudayətqızının müdafiəsinə qalxdı

Rövşən Rəsulov: “Bir var rəqabət, bir də var “rəqabət” adı altında iyrənc sui-istifadəyə cəhd”

“Bu gün bütün dünyanın gözünün Azərbaycanda olduğu bir vaxtda, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi, sərkərdəliyi ilə Qarabağın azadlığı uğrunda  qətiyyətin nümayiş etdirildiyi, ard-arda qələbələrin, zəfərlərin əldə edildiyi, əsgər və zabitlərimizin tarixə yazdıqları şücaətlərinin göstərildiyi bir zamanda bəzi insanların davranışları, baxış mövqeləri həqiqətən də bizləri mütəəssir edir, hiddətləndirir”. Bu fikirləri tanınmış jurnalist, media eksperti Rövşən Rəsulov Analoq.az-a son zamanlar həmkarı, Xəzər TV-də yayımlanan “Səni axtarıram” telelayihəsinin rəhbəri və aparıcısı, hazırda “Atəş xətti” verlişi ilə cəbhə xəbərlərini və Qarabağda baş verən hadisələri müxtəlif ekspertlərlə fikir mübadiləsi apararaq izləyicilərin diqqətinə çatdıran Xoşqədəm Hidayətqızına qarşı sosial şəbəkələrdə başladılan hücumlara münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, belə hallardan ən çox yararlanmağa çalışanlar məhz düşmənlərimizdir, ermənilərdir: “Bu gün hər kəsə gün kimi aydındır və bəllidir ki, Azərbaycanın müzəffər Silahlı Qüvvələrinin tərkibində dilindən, dinindən asılı olmayaraq bir çox vətəndaşlarımız qəhrəmanlıqla mücadilə aparırlar. Ruslar, talışlar, ləzgilər, avarlar, yəhudilər, tatlar və s. xalqların əziz nümayəndələri bir yumruq kimi, Azərbaycan dövlətçiliyi ətrafında, cənab Ali Baş Komandanın ətrafında sıx birləşiblər və söz yox ki, onlar şəhidlik şərbəti içəndə də qalib kimi bu zirvəyə yüksəlilər. Digər tərəfdən, Azərbaycan terrorçu və monoetnik Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir və belə olan halda, daxili düşmənlər də hər an müxtəlif vasitələrlə milli-etnik zəminində toxumlar səpməyə cəhdlər göstərirlər. Hər bir Azərbaycan vətəndaşı bu məsələdə ayıq-sayıq olmalı, qəsdən ortaya atılmış səsə-küyə getməməli, xalqımıza layiq olmayan müxtəlif təhlükəli fikirləri ortaya atmaqla cəbhədə şəhidlərimizin qanları, şücaətləri bahasına azad edilən torpaqlarımızın üzərinə kölgə salmamalıdırlar”.

“Dəyərli həmkarım, hər zaman xeyirxahlığın, milli-mənəviyyatçılığın təbliğatını aparan, uzun illər jurnalistika sahəsində çalışaraq əməli fəaliyyəti ilə özünü təsdiq və sübut edən Xoşqədəm xanıma qarşı lüzumsuz, məntiqsiz hücumlara gəlincə isə demək istərdim ki, onun fikirlərini təhrif edənlər var və biz dəfələrlə bu cür arzulounmaz halların şahidləri olmuşuq”, deyən Rövşən Rəsulov qeyd edib ki, bir var rəqabət, bir də var dırnaqarası rəqabət adı altında iyrənc sui-istifadəyə cəhd: “Təəssüf edirəm ki, məhz ikinci haldan istifadə edənlər düşüblər ortaya, sözün əsl mənasında kimlərinsə maraqları ətrafında oyunbazlıq, polyaçilik sərgiləyirlər. Həmin adamlar mütləq ifşa olunacaqlar və buna əminəm də. Sadəcə, belələrinə ar olsun ki, bu cür iyrənc metodlarla ürək bulandırmağa cəhdlər göstərirlər, xalq arasında nifaq salmağa yönəlmiş addımlara gedirlər. Deyərdim ki, bu tip ünsürlər xalqımıza, dövlətçilik maraqlarımıza ermənilər qədər düşməndirlər və bu cür həssas bir məqamda insanları yanlış düşüncələrə sövq etməyə çalışmaqla açıq-aşkar düşmən obrazına çevrilirlər. Yəni onlar erməni dəyirmanmına su tökür, suyu bulandırırlar. Hesab edirəm ki, hüquq-mühafizə orqanları onların öhdələrindən qısa zamanda gələcək və hüquqi qiymətləri də veriləcək. Buna şübhələri olmasın. Ancaq son olaraq demək istərdim ki, Azərbaycan adlı dövlətini, ölkəsini sevən hər bir millətin nümayəndəsi bu cür süni şoulara inanmırlar və bizim qədər sözügedən oyunbazları sərt şəkildə qınayırlar. Xoşqədəm xanım isə öz haqlı yolunda peşəkar fəaliyyətini davam etdirəcək və sevimli kanalımız Xəzər TV vasitəsi ilə Qarabağımızda işğaldan azad olunacaq növbəti torpaqlarımızın adlarını efirdən xalqa çatdıracaq”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button