Elm və təhsil

Bakı humanitar kollecində ÖZBAŞINALIQ

Bu yaxınlarda “Aktualxeber.az” saytında dərc edilən “Deputatının qardaşının korrupsiya əməlləri tükənmir“ sərlöhvəli yazıda millət vəkili Əhliman Əmiraslanovun qardaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecinin direktoru Vaqif Əmiraslanovun cinayət tərkibli əməlləri haqqında məlumat vermişdik.

Belə ki, iki il əvvəl Nazirlər Kabinetinin qərarına əsasən Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə birləşdirildi. Əvvəllər Bakı Sosial Pedaqoji Kollecinə, sonradan isə birləşmiş müəssisəyə — Bakı Humanitar Kollecinə rəhbərlik edən Vaqif Əmiraslanovun korrupsiyaya əsaslanan iş metodu isə dəyişmədi ki, dəyişmədi.

Ümumiyyətlə V.Əmiraslanovun qanunsuz əməlləri haqqında mətbuat səhifələrində tez-tez tutarlı faktlarla xəbərlər dolaşsa da hələ də deputat qardaşının qanadı altında olması onun layiqli cəza almasına imkan vermir.

Bu günlərdə Vaqif Əmiraslanov ənənəsinə sadiq qalaraq yeni bir qalmaqala imza atıb. Kolleclər birləşəndən sonra V.Əmiraslanov 40-dək şəxsdən onları rəhbərlik etdiyi kollecdə müəllim və şöbə müdiri vəzifəsinə təyin edəcəyinə söz verərək 5000-20000 manat məbləğində rüşvət alıb. Həmin şəxslərə güya onları əvvəlcə laborant kimi işə götürərək, sonradan müəllim və ya digər vəzifələrə təyin edəcəyinə söz verib. Bir müddət sonra bu şəxslərin bəziləri həqiqətən müəllim və ya şöbə müdiri vəzifələrini icra etməyə başlayıblar. Lakin sonradan adi bir təsadüf əsl həqiqəti üzə çıxarıb. Belə ki, işçilərdən biri hansısa mağazadan kreditə nəsə almaq istəyəndə vəzifəsinin müəllim deyil, xadimə olduğunu aşkara çıxarıb.

Bundan xəbər tutan digərləri də yoxlama apararaq onların da kollecdə rəsmi olaraq xadimə və ya texniki işçi vəzifəsində işlədiklərini öyrəniblər. Qeyd edək ki, kolleclərin direktorlarının işə yalnız xadimə və ya texniki işçi götürməyə səlahiyyətləri var. Müəllimlər və ya digər vəzifələrdə işləmək istəyənlər yalnız dövlət səviyyəsində keçirilən imtahanlarla seçilirlər.

Bu xəbər Mədəniyyət və İnsəcənət Universitetinin rektoru Ceyran Mahmudovaya da çatıb. O da öz növbəsində V.Əmiraslanova bu problemi dekabr ayının sonuna qədər yoluna qoymağı tapşırıb. Artıq V.Əmiraslanovun bəzi şəxslərin pullarını qismən qaytardığı, digərlərindən isə vaxt aldığı deyilir.

Əldə etdiyimiz yeni məlumata görə, C.Mahmudovanın V.Əmiraslanovu güya vəzifəsindən azad etməsi bildirilir. C.Mahmudova bununla V.Əmiraslanovun aldatdığı şəxslərin əsəblərinin soyumasına, həm də öz adının belə qanunsuz əməllərdə çəkilməsinin qarşısını almağa çalışır.

Çünki görkəmli bəstəkarımız Emin Sabitoğlunun yeganə qızı olan sənətşünaslıq doktoru, professor C.Mahmudova həm musiqişünas alim, həm də pedoqoq kimi cəmiyyətdə böyük nüfuza malikdir. Lakin həqiqətdə isə C.Mahmudova heç kəsi işdən azad etməyib, V.Əmiraslanova bir müddət gözə görünməməyi tapşırıb. Hazırda isə Mədəniyyət və İncəsənət Universtetinin rektoru V.Əmiraslanovun müəllim vəzifəsinə təyin etmək adı ilə rüşvət alaraq “xadimə” vəzifəsinə işə götürdüyü şəxslərlə danışırlar aparıb məsələnin böyüməməsinə çalışdığı bildirilir.
Qeyd edək ki, V. Əmiraslanov əslində bu çirkli pulları oğlunun killi-miqdarda olan borcunu qaytarmaq üçün alır. Belə ki, bu ilin avqust ayında onun oğlu ilə bağlı Baş Prokurorluqdan məlumat yayıldı.

Bilıdirilirdi ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Emil Əmiraslanov barəsində Cinayət Məcəlləsinin bir neçə maddələri ilə cinayət işi istintaq olunurdu. KİV-lərin yazdığına görə Emil Əmiraslanovun barəsində bir müddət əvvəl vətəndaş Tamella Fərzəliyeva tərəfindən də şikayət olunub. Şikayətçi bildirib ki, Emil ondan 115.250 manat civarında qızıl-zinət əşyaları götürüb və qaytarmayıb.Movzunu nəzarətdə saxlayırıq və qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. //Aktualxeber.az//

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button