Ölkə

Liderə yaltaqlanmaq yox, vətəndaşı dövlətçi etmək lazım…

Adam şəhidin ailəsinə necə deyər ki, koronadır, çıx get…

Adam şəhidin ailəsinə necə deyər ki, oğlun min manat alanda yaxşı idi, öləndə pisdir?.. Yeri o yana…

Adam necə şəhidi bükməyə bayraq göndərməz ailəsinə…

Ucar xanı Mansuru, Tərtər xanı Müstəqimi mən başa düşə bilmirəm…

…Hə, guya ki, Müstəqim xan lider, dövlət təəssübkeşidir. Guya deyir ki, şəhidin ailəsi mərhum Heydər Əliyevin, Ali Baş Komandan Ilham Əliyevin ünvanına təhqiramiz ifadə işlədib. Istisna eləmirəm və qeyd olunmalıdır ki, bu da olubsa, qətiyyən düz deyildir.

Amma ağayi Müstəqimə niyə kimsə sormur ki, sən nə hoqqa çıxarmısan ki, dövlətin ali rəhbərliyinə, mərhum liderinə, belə münasibət göstərir vətəndaş, şəhid ailəsi, bu bir?

Ikincisi, Müstəqim xana da, parlament seçkisindən dibinə bələd olduğum Mansur xana da bir şey xatırlatmaq istəyirəm.

Illər öncə Yazıçılar Birliyində ciddi konflik yaşanırdı. Günlərin birində qələmə, yazıya ciddi hörməti olan mərhum Prezident Heydər Əliyevin yanında bir müşavirə efirə verildi. Yazıçılarla görüş. Prezidentdən sual, noolub, niyə belədir, qulağıma bəzi söhbətlər çatır?

O tədbirdə indi də həyatda olan xeyli yazıçı, tanınmış var idi, başladılar şikayətə. Heydər Əliyev afir lider idi. Başa düşürdü ki, sədrliküçün qovğa gedir AYB-də. Dinlədi və qayitdı ki, bəs mən neyləyim, bu qədər söz, söhbət, haqlı-haqsız nə qədər yazı. Burdan etibar edib işə qoyursan, sabah baxırsan ki, yerlərdə dövləti biabır elədi, camaat da rəhbərə nə gəldi deyir. Dedi ki, bəs mənim yerimə olsanız neynərdiniz? Gedin barışın, barışdırın və gedin işləyin ki, camaat sabah bizi söyməsin…

Məncə çox vacib sözdür, gedin işləyin. Yəni yalançı lider təəssübkeşliyi heç kimə gərək deyil. Düşünürəm o vaxt Heydər Əliyevə, indi də Ilham Əliyevə də gərək deyil. Bir sözlə artistlik yox, yaltaqlıq yox, dövlətin və liderin başı uca olsun deyə işləmək lazımdır. Vətəndaşla insan kimi davranmaq, buna görə insanlığı öyrənmək lazımdır. Tamamdır, qəliz vətəndaşlar da var. Amma hər şeyin yolu ona da insnn kimi davranmaqdan keçir. Yəni haradan baxsaq mütləq insanlığı öyrənmək lazım. Indi neynəyək bəylər, bu yaşda, bu başda, dövlət insanlıq məktəbi açıb, sizi də birinci sinifəmi yazdırsın?!..

Jalə Mütəllimova

17.12.2020.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button