Ölkə

Taleh Kazımov Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilib

Milli Məclisin komitə iclaslarından
biri Şuşa şəhərində keçiriləcək.

Bu barədə spiker Sahibə Qafarova bildirib.

Onun sözlərinə görə, Milli Məclis komitələrinin birgə iclasının mədəniyyət paytaxtımız olan Şuşada keçirilməsi Azərbaycan parlamenti tarixində əbədi qalacaq bir hadisədir, həmçinin Şuşa ilinə töhfə vermək məqsədi daşıyır.

Spiker qeyd edib ki, Şuşada keçiriləcək iclasların qrafiki artıq müəyyən olunub və komitə sədrlərinə təqdim ediləcək.

İclasda Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisin qərar layihələri də səsverməyə çıxarılıb və qəbul olunub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button