Ölkə

Milli Məclisin sədri: “Prezident İlham Əliyevin dövlətə və xalqa sevgisi hər kəs üçün örnək təşkil etməlidir”

“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətə, xalqa sevgisi, milli və dövlətçilik maraqlarını qətiyyətlə, ən yüksək səviyyədə müdafiə etməsi, Azərbaycanın adını yüksəkliklərə qaldırması hesab edirəm ki, nəinki Milli Məclisin üzvləri, hər bir Azərbaycan vətəndaşı üçün örnək təşkil etməlidir”. Bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, hər birimizin fəaliyyəti üçün önümüzdə çox dəyərli örnəklər mövcuddur: “Bu örnəkləri möhtərəm Prezident İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva yaradırlar. Onların dövlətə, xalqa sevgisi, milli və dövlətçilik maraqlarını qətiyyətlə, ən yüksək səviyyədə müdafiə etməsi, Azərbaycanın adını yüksəkliklərə qaldırması hesab edirəm ki, nəinki Milli Məclisin üzvləri, hər bir Azərbaycan vətəndaşı üçün örnək təşkil etməlidir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button