Mədəniyyət

Azərbaycanlı alim “Əlişir Nəvai” qızıl medalına layiq görülüb

Bakı Dövlət Universitetinin Türk xalqları ədəbiyyatı kafedrasının müdiri filologiya elmləri doktoru Ramiz Əskərov Qazaxıstanın paytaxtı Nur-Sultanda qızıl medala layiq görülüb.AZƏRTAC xəbər verir ki, Ramiz Əskərov Beynəlxalq Türk Akademiyası tərəfindən türk xalq ədəbiyyatının klassiklərinə həsr olunmuş “Şərqin ulduzları” konfransı çərçivəsində türk dünyasında mədəni-ədəbi əlaqələrin möhkəmlənməsinə xidmətlərinə görə “Əlişir Nəvai” qızıl medalı ilə mükafatlandırılıb.

Qeyd edək ki, Ramiz Əskərov Abay Kunanbayev və Əlişir Nəvainin seçilmiş əsərlərini, “Kız Jibek” dastanını, Mağcan Cumabayın 2 əsərini Azərbaycan dilinə tərcümə edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button