Ölkə

Qazilərə və şəhid ailələrinə yardım adı ilə FIRILDAQÇILIQ!

Bildiyimiz kimibiz sıra şəxslər az təminatlı. yaxud qazi və şəhid ailələrinə yardım məqsədilə bank hesablarını paylaşaraq, ora pul köçürülməsini istəyirlər. Belə paylaşımlar sosial şəbəkələrdə çoxlu saydadırBu işi həqiqətən yardım məqsədilə görənlərlə yanaşıyardım adı ilə fırıldaqçılıqla məşğul olanlar da var.

Elçin Bayramlı deyib ki, bu cür həssas mövzuda belə dələduzluq və quldurluqla məşğul olanlar var. Onlarla müvafiq dövlət orqanları ciddi məşğul olmalıdır. Vətəndaşlar da diqqətli olmalıdırlar ki, belə tələyə düşməsinlər. Yardım edilənin haqqında bütün məlumatlar dəqiqləşdirilməli, kampaniyanı kimin apardığı bilinməli, həmin şəxsin ünvanı, telefonu götürülməlidir”.

Ümumiyyətlə, bu məsələlərlə hansısa şəxslər məşğul olmalı deyil. YAŞAT fondu yaradılıb ki, məsələ bir mərkəzdən həll olunsun. Təklif edirəm ki, dövlət məmurları, deputatlar, yüksək maaş alan şirkət rəhbərliyi, kiçik bizneslə məşğul olan imkanlı fiziki şəxslər öz 1 aylıq əmək haqlarını bu fonda köçürsünlər. Sadə vətəndaşlar isə hərə imkanına görə köçürmə etsin. Bu vəsaitlərin şəffaf toplanması və idarə olunması üçün daxil olmalara və xərclərə onlayn nəzarət imkanı da yaradılmalıdır. Beləliklə, sosial qayğıya, müalicəyə ehtiyacı olanlara yardım etmiş olarıq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button