Dünya

İsrailin Baş naziri canlı yayımda peyvənd vurdurdu

İsrailin Baş naziri Binyamin Netanyahu Təl-Əviv yaxınlığındakı Ramat-Qan şəhərindəki “Tel xa-Şomer” hospitalının tibbi mərkəzində ABŞ-ın “Pfizer” şirkətinin preparatı ilə peyvənd edilib.Modern.az xəbər verir ki, bunu “Kan” dövlət teleradio şirkəti yayımlayıb.

“Peyvənd olunma proseduru birbaşa yayımda telekameralar qarşısında aparılıb ki, Baş nazir şəxsi nümunə ilə geniş ictimaiyyəti vaksinləməyə vadar edə bilsin”, – deyə İsrailin hökumət başçısının dəftərxanası bildirib.

Qeyd edək ki, B.Netanyahu bir neçə gün öncə İsraildə ilk olaraq özünün peyvənd olunacağını açıqlamışdı.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button