Gündəm

Ramiz Rövşənin şəhid ailəsinə verdiyi dəyər…

Xalq şairi Ramiz Rövşən ona hədiyyə edilən evi şəhid ailəsinə bağışlayıb.Azsiyasət.com xəbər verir ki, R.Rövşənin şəhid ailəsinə bağışladığı ev ona bir neçə gün öncə Prezident İlham Əliyev tərəfindən 74 yaşının tamam olması münasibəti ilə hədiyyə edilmişdi.

****

Xalq şairi Ramiz Rövşən ona Prezident İlham Əliyev tərəfindən ad günü münasibətilə verilən evi şəhid ailəsinə bağışlaması haqqında xəbərlərə münasibət bildirib.

Analoq.az xəbər verir ki, məsələ ilə bağlı sabah.az-a açıqlama verən Ramiz Rövşən şəhidlərimizə, qazilərimizə hamımızın borclu olduğunu deyib:

“Şəhid və qazi ailələrinin qeydinə qalmaq həm dövlətin, həm də hər birimizin borcudur. Amma hədiyyəni hədiyyə etməzlər”.

Şair eyni zamanda qeyd edib ki, tezliklə onun vasitəçiliyi ilə bir şəhid ailəsi mənzillə təmin olunacaq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button