AraşdırmaSiyasət

Qarabağda yeni müharibə başlaya bilərmi?!..

Qarabağda yeni müharibənin başlaya bilərmi? Bu sualın cavablandırmaq üçün  bir çox faktlara və amillərə nəzər yetirmək  lazımdır.

Bildiyimiz kimi Qarabağda iki hərbi qüvvə vardır. Bunlardan biri Rusiya o biri Azərbaycandır. Yəni gələcəkdə ola biləcək bir müharibənin başlamasında Rusiyanında rolu ola bilər. Rusiyanın Qarabağda olan yürütdüyü siyasətə gəldikdə isə, Vladimir Putinin ötən günlərdə etdiyi açıqlamada yenə tərəfsiz mövqe tutaraq, çəlişkili fikirlər bildirmişdir. Vladimir Putin  çıxışında Dağlıq Qarabağın beynalxalq hüquqa əsasən Azərbaycanın bir hissəsi olduğunu söyləmişdir, lakin Putin Qarabağın statusunun dəyişməz qalacağına və bu haqda gələcəkdə qərar veriləcəyini bildirmişdir. Rusiya keçmişdə olduğu kimi indidə ikili siyasət yeridir. Putin çıxışlarında ikili danışaraq, tərəfsiz mövqe əks etdirir. Putinin bu çəlişkili sözlərinin səbəbi bəyanatın pozulmaması üçün bir oyundur. Bu bəyanatla Rusiya Qafqazlarda olan bir dövlətin ərazisinədə daha  öz hərbi qüvvəsini yeritmişdir. Elə buna görədə bu şansı əldən vermək istəməyən Rusiya gecəylə hərbi qüvvələrini Qarabağa yeritmişdir. Gələcəkdə isə, bu bəyanata əməl olunması üçün Azərbaycan və Ermənistan dövlətlərini müharibədən çəkindirəcək və ya  tərəfini seçib bəyanatda dəyişiklik etmək üçün əks tərəfə təzyiq göstərcəkdir.

Müharibənin yenidən başlamasına əsas yol aça biləcək bir digər amildə 10 noyabr bəyanatını imzalayan dövlətlərin şərtlərə  uymamasıdır. Bəyanatda əsas məsələ və ictimaiyyətdə konfiliktə səbəb olan problem Dağlıq Qarabağın taleyidir. Bu haqda müxtəlif  fikirlər var. Azərabycan Respublikasının millət vəkili Razi Nurullayev  Qarabağda yaşayan ermənilər Azərbaycan Respublikasının pasportu veriləcəyini və Azərbacan hakimiyyətinin bərqərar olcağını söyləmişdir. Məsələnin maraqlı tərəfi budur ki, Xarici və erməni jurnalistləri, politoloqları Qarabağda olan ermənilərə rus pasportu veriləcəyini söyləyir. Bunu da qeyd etmək istiyirəm ki, hələdə Qondarma Dağlıq Qarabağın prezidenti Arak Arturyan öz fəaliyyətini dəvam etdirir. Hal-hazırda baş verən hadisələr Qarabağa status verilməsi yönümlüdür. Bunu əminliklə deyə bilərəm ki, əgər Qarabağa status verilərsə, bu yeni bir müharibənin başlanması üçün yetərlidir. Həmçinin bu hadisə 10 noyabr bəyanatınada tərsdir. 2020-ci il 10 noyabr tarixində cənab İlham Əliyevin xalqa müraciətində əminliklə Qarabağa status verilməsinin bəyanatda yer almadığını söyləmişdir.

Cəbhədəki gərginliklərə gəldikdə isə, təbii ki bəyanatdan sonra bu konfiliktlərin baş verməsi təbii haldır. Əgər hakimiyyət müharibə yönümlü addım atmasa, cəbhədə olan gərginliklər müharibənin başlaması üçün kifayət deyildir.

Başlanacaq yeni bir müharibədə dövlətlərin mövqeyinə və fəaliyyətinə gəldikdə isə ilk olaraq müharibə tərəflərdən olan Ermənistana nəzər yeritmək istəyirəm. Yeni bir müharibə başlaması Ermənistan dövləti üçün faciə ilə nəticələnə bilər. 2-ci Qarabağ müharibəsində məğlubiyyətə düçar olan Ermənistan höküməti yeni bir müharibəni təmin edəcək iqtisadiyyata sahib deyil. Bundan əlavə Ermənistan dövlətini xaos bürüyüb. Hər gün münaqişələr, mitinqlər, hətta çevriliş cəhdləri baş verir. Bu vəziyyətdə isə müharibə aparmaq mümkünsüzdür, həmçinin bunuda nəzərə almaq lazımdır ki, çevriliş cəhədi edənlər, mitinqlərdə iştirak edənlər müharibə zamanı özləri müharibədən qaçanlardır. Mövcud vəziyyətdə Ermənistan tərəfinin müharibə başlatmasında yeganə alternativ ehtimal var. Buda odur ki, Ermənistanda  müxalifət liderləri xalqı öz mövqeylərinə çəkmək üçün müxtəlif vədlərdə irəli sürəcəklər və hakimiyyətə gəldikdən sonra onlara gələcək siyasətdə iki yol olacaq. Ya Azərbaycan Respublikası ilə əlaqələri yaxşılaşdırıb şərq və qərb sərhədlərin açılmasına nail olacaqlar, ya da müharibəni dəvam etdirib yenidən məğlubiyyətə düçar olacaqlar.

Türkiyə Respublikasına nəzər yetirsək. Türkiyə Respublikası ikinci Qarabağ müharibəsində Azərbaycan Respublikasına informasiya, diplomatiya cəbhəsində ölçülməz dəstək vermişdir. Yeni bir müharibə  olarsa, Türkiyə Respublikasının mövqeyi bəllidir. Bunuda nəzərə almaq lazımdır ki, Türkiyə dövlətinə 10 noyabr bəyanatında yer verilib və sülhün bərqərar olmasında Rusiya kimi Türkiyə də məsuliyyət daşıyır. Türkiyənin yenidən başlayan Qarabağ müharibəsində fəaliyyətinə gəldikdə isə, Türkiyə Müdafiə Naziri Hulusi Akar Türkiyənin Respublikasının fikrini açıq şəkildə bildirmişdir. Hulusi Akar bir çıxışında söyləmişdir ki, əgər Qarabağda yeni bir müharibə olacaqsa, Türkiyə Respublikası əsgər yolluyacaq və hərbi cəbhədə fəaliyyət göstərəcək. Bizim üçün nə qədər Qarabağ önəmlidirsə, həmçinin Türkiyə üçün də bu önəmlidir. Bu önəmin qardaş ölkə olmağımızdan əlavə, bir neçə səbəbi də var. Bunlardan biridə Türkiyə dövlətinin Qafqazda fəallaşması və ətrafında olan siyasi hadisələrə öz münasibətini bildirməsidir. Necə ki, Suriya dövləti ərazisində Türkiyənin icazəsi olmadan bir Kürd dövləti qurulması planlaşmışdı. Amma türk silahlı qüvvələri arenaya yeridilərək bu planın qarşısını almışdır. Bəzi mətbuatda çıxış edən türk politoloqlar, generallar Qarabağ məsələsini  Suriya məsələsinə bənzətsədə, aralarındakı fərq çoxdur. Onu da qeyd etmək istəyirəm ki,1991-1994-cü ildə Qarabağın işğalına göz yuman Türkiyə bir daha bu səhvi etməyəcəkdir. Türkiyə həm bizim qardaş ölkəmiz olmasıyla yanaşı, həm də beynalxalq nüfuzuna zərər dəyməsin deyə, Qarabağda olan hansısa bir konfiliktdə və ya atəşkəs rejiminin pozulmasında bizim milli maraqlarımızdan çıxış edərək ,öz mövqeyini bildirəcəkdir və cəbhədə fəaliyyət göstərəcəkdir.

Başlanacaq bir müharibədə Rusiya dövlətinin mövqeyinə gəldikdə isə, Rusiya birinci və ikinci Qarabağ müharibəsində fəaliyyətləri çox böyükdür. Bu konfiliktin yaranmasının səbabkarlarından biridir. Birinci Qarabağ müharibəsi zamanı canlı hərbi qüvvəsi ilə fəal iştirak edən Rusiya İkinci Qarabağ müharibəsi zamanı siyasi arenada özünü tərəfsiz göstərmə səyləri sadəcə bir oyundur. Rusiyanın ikinci Qarabağ müharibəsi zamanı əsgər yollamamasının bir neçə səbəbi var. Bunlardan biri Ermənistan rəhbərlərinin yeritdiyi qərb siyasətidir. Ermənistanda hakimiyyəti əla alan Nikol Paşinyan rus məktəblərini bağladıb, Ermənistanda Rusiyanın mövqeyinin azaltmağa və sığışdırmağa başladı. Anti-rus siyasəti yeritməyə dəvam etdi və bunun nəticəsidə ona çox ağır başa gəldi. Bunuda qeyd etmək istiyirəm ki, Rusiya dövləti İkinci Qarabağ müharibəsi zamanı Ermənistanı diplomatiya masasındada yanlız qoymuşdur. Bu o demək deyil ki, Rusiya Ermənistandan tamamən əlini çəkdi. Rusiya ikinci Qarabağ müharibəsi zamanı Ermənistan hərbi sanayəsinə çox böyük yardım etmişdir. Bunu ermənilərin özüdə etiraf etmişdir. Rusiyanın gələcəkdə ola biləcək bir müharibədə tərəfi müharibəni hansı ölkənin başlatmasından və bəyanatın şərtlərinə əməl edilməsindən asılıdır.

İran İslam Respulikasına gəldikdə isə, İkinci Qarabağ müharibəsi zamanı tərəfsiz mövqe göstərən İran Rusiya kimi sadəcə gözə pərdə salırdı. İran dövlətidə Rusiyadan geri qalmayaraq Ermənistan hərbi sanayəsinə böyük köməklər edirdi. Siyasətdə dövlətlər qısa zaman ərzində öz tərəflərini dəyişə bilərlər.

Ərdoğanın oxuduğu şeir İranda böyük bir konfiliktə səbəb olmuşdur. İran  Azərbaycan sərhədinə yaxın yerlərdə hərbi təlimlərə başlayaraq gövdə göstərisi etmişdir. Gələcəkdə  baş verən bir müharibədə İran diplomatiya masasında Ermənistan mövqeyindən çıxış edə bilər.

Avropa və Şimali Amerika dövlətlərinin bəziləri İkinci Qarabağ müharibəsi zamanı  münaqişəyə qarışmamış, bir neçəsi Azərbaycan və ya Ermənistan dövlətlərinin mövqeyindən çıxış etmişdir. Fransa, Kanada kimi dövlətlər Ermənistan mövqeyindən çıxış etmiş hətta Dağlıq Qarabağın tanınması üçün addımlar atmışdır. Yeni bir müharibə başlarsa mövqeləri bəllidir.

Müəllif: Siyasi fəal gənc Nəsib Quliyev

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button