ÖlkəQarabağ

İcra başçısının laqeyidliyi qazimizin ailəsini ciddi narahat edir-VİDEO

"Ülvi anasının onkoloji xəstə olmasına baxmayaraq cəbhəyə yollanıb"

Əslən Gəncə şəhərindən olan vətən savaşının iştirakçısı Ülvi Əyyamzadə Füzuli uğrunda gedən döyüşlərdə yaralanaraq sağlamlığını itirib.

Abşeron rayonunda yaşayan Ülvi Əyyamzadə ailəlidir, bir körpəsi var. Qazimizin atası bildirib ki,Ülvi səfərbərlik zamanı anasının onkoloji xəstə olmasına baxmayaraq döyüşlərə yollandı.Amma, indi yerli dövlət orqanlarından bir dəstək göstərən yoxdur. Abşeron İcra nümayəndəliyindən hələ bir nəfər qapımızı açmayıb.

Ölkə başçısı və birinci vitse-prezident Mehriban Əliyeva vətən savaşının iştirakçıları ilə görüşüb,onların problemləri ilə maraqlansa da nədənsə Abşeron rayon icra hakimiyyətinin başçısı hələ bu günə qədər haqqında bəhs etdiyimiz ailə ilə maraqlanmayıb.

Qeyd edək ki, Ülvi Əyyamzadə mina düşməsi nəticəsində onurğasından yaralanıb və kəllə-beyin travması alıb.

Daha ətraflı videoda:

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button