Sağlamlıq

“Qızıl milyard” planı gerçəkləşirmi?-İLAHİYYATÇI ŞOK FAKTLARI AÇIQLADI

Məlum virusun yaranmasının bir ili tamam olan kimi, dərhal ikincisinin peyda olması şübhələri daha da artırdı.

Dünən İsrailin baş naziri nümayişkəranə şəkildə vaksin vurdurdu. Ola bilsin bu vəziyyətə nəzarət edənlərdə qıcıq yaratdı və bu işi idarə edənlər xəstəliyin dozasını artdırılar. Artıq Avropada daha şiddətli formasının meydana çıxdığı deyilir virusun. Bir çox ölkələrə təyyarə reysləri dayandırıldı.

Fikrimcə alimlər, mütəxəssislər, siyasət adamları, dünya kəşfiyyatı bu xəstəliyin əlacını axtarmaqla yanaşı bunu düzəldib yayan qüvvələrin axtarışında olmalıdırlar. Çünki bunun idarə edildiyi artıq sübut olunacaq. Düz bir il tamam olan kimi, müəyyən qədər dünyada ölüm və yoluxma saylarının azaldığı məqamda, bir çox ölkələrin vaksin alaraq artıq tətbiq edəcəyi anda qəfildən, ehtimal edilmədən virusun guya mutasiya edərək daha ağır formasının meydana çıxması (özü də eyni anda bir neçə ölkədə) təsadüfə oxşamır.

Tramp ciddi şəkildə Çinin üstünə düşərək, ÜST – ilə birgə onları ittiham edirdi. Ola bilsin işin üstünün açılacağı ehtimalı vardı və dərhal onu səhnədən uzaqlaşdırdılar. Bu gün Rusiyanın Sankt Peterburq şəhərində virusu əleyhinə vaksin hazırlayan alim Aleksandr Kaqanski qətlə yetirildi…

Əgər bu virusu yaradanlar, idarə edənlər müəyyən edilib üzə çıxarılmasa görünən odur ki, massonların “Qızıl milyard” planı gerçək imiş…

Tural İrfan
İmam-xətib, dinşünas

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button