ÖlkəŞikayət

Xırdalanın düz mərkəzində “gözoxşayan” zibilik-VİDEO

Tanınmış video blogger Ata Abdullayevin kamerasına bu dəfə Abşeron rayonu Xırdalan şəhərində yolun qırağında olan zibillik tuş gəlib.

Analoq.az xəbər verir ki,video blogger Abşeron rayon icra başçısı İradə Gülməmmədovaya müraciət edərək bildirib ki, pandemiya vaxtında bu cür biabırçılığın olması yolverilməzdir.

Bilgi üçün qeyd edək ki, Abşeron rayonunda Masazır,Novxanı qəsəbələrində zibil yeşiyi problemi illərdir öz həllini tapmır.

Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova və aidiyyatı qurumlar çox güman ki,video bloggerin bu reportajından sonra problemin həllinə çalışacaq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button