Ölkə

Şəhid generalın adına öz hesabına bulaq tikdirən kimdir?

Abşeron rayonu, Masazır kəndində yaşayan, dəfələrlə Məşhəd, Kərbəla ziyarətində olmuş zəhmətkeş insan, Milli Cəbhə Partiyasının Abşeron şöbəsinin üzvü Razi Qocayev öz şəxsi hesabına öz əlləri ilə yaşadığı küçədə, yəni Füzuli küçəsində şəhid general Polad Həşimovun adına bulaq tikib.

Allah qatında böyük savab qazanmaqla yanaşı, Razi Qocayev həm də öz vətənpərvərliyini sübut edib.

Şəhidlərimizə sonsuz məhəbbəti, dinimizə, milli dəyərlərimizə sevgisi Razi Qocayevi bu addımı atmağa sövq edib.

Razi Qocayevə gördüyü bu xeyirxah əmələ görə sonsuz təşəkkür edirik. Ümidvarıq ki, bu digər insanlara da bir müsbət nümunə olacaqdır.

Allah mərhum general Polad Həşimova və bütün Vətən şəhidlərimizə rəhmət etsin.

Tural İrfan
İlahiyyatçı-yazar

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button